Zbiqniev Bonek () — Polşalı keçmiş futbolçu, məşqçi, idman funksioneri. UEFA-nın hazırkı vitse-prezidenti. O, əsasən yarımmüdafiəçi kimi oynasada, sağ cinah və ikinci hücumçu kimi oynamağı bacarırdı.
O, bütün zamanların ən böyük polşalı oyunçularından biri hesab olunur və 2004-cü ildə Pele tərəfindən yaşayan 100 ən yaxşı futbolçudan biri seçilib.
Karyera
Klub Karyerası Zbiqnev Boniek karyerasına 1973-cü ildə "Zavişa" klubunda başlayıb. Daha sonra 1975-ci ildə "Vidzev" klubuna keçən futbolçu, 1982-ci ilə kimi bu klubda çıxış edir.
Bonek Avropanın güclu liqalarından birində özünü sınayan ilk polyaklardandır. 1982-ci ildə İtaliyanın "Yuventus" klubuna keçən Zbiqnev Bonek burada dərhal əsas heyət oyunçusuna çevrilir. Mişel Platini ilə bir tandemdə çıxış edir. 80-ci illərin birinci yarısında "Yuventus"un oyununu böyük ölçüdə müəyyən edən bu tandem olur.
Baş məşqçi Covanni Trapattoninin rəhbərliyi altında Bonek 1984-cü ildə Kuboklar Kubokunu, həmin ilin Avropa Super Kubokunu və nəhayət, 1985-ci ildə Avropa Çempionlar Kubokunu qazandı. Beləliklə, "Yuventus" muzeyi eyni vaxtda üç ən nüfuzlu Avropa kuboku ilə bəzədilmiş ilk futbol klubu oldu (bundan əvvəl "Qoca Sinyora" yalnız 1977-ci il UEFA Kubokunu qazanmışdı).
1985-ci ildə İtaliyanın başqa bir klubu "Roma" klubuna keçir.
Milli komanda karyerası O, ölkəsinin millisi ilə birlikdə 1982-ci il dünya çempionatının "bürünc"ünü qazanıb. Həmin dünya çempionatında o, Belçika millisinə qarşı het-trik edib. Ümumilikdə Polşa Milli komandasının heyətində Zbiqnev Bonek 80 oyunda meydana çıxıb və 24 qol vurub.
Məşqçi karyerası Boniek futbolçu kimi peşəkar karyerasını başa vurduqdan sonra bir neçə il ortabab İtaliya klublarını çalışdırıb, bundan sonra Polşa Futbol İttifaqının təklifini qəbul edərək, onun vitse-prezidenti olur.
2002-ci ilin iyulunda Bonek Polşa millisinin baş məşqçisi kimi debüt edir, lakin o, uzun müddət orada qalmır. Beş oyundan sonra başqa məşqçi ilə əvəzlənir.
Statistika +Klub və mövsümlərə görə oyun və qol sayıKlubMövsümLiqaKubokBeynəlxalqToplamDvizionOyunQolOyunQolOyunQolOyunQol"Vidzev"1975–76Ekstraklasa27700002771976–7724910002591977–783011214336151978–7928411002951979–802610212130121980–8111100501611981–8226832203110Toplam172509513419459Yuventus1982–83A Seriyası2851239249101983–8427362944291984–85266631034212Toplam811424828913331Roma1985–86A Seriyası29751003481986–8726464203481987–882163100247Toplam7617146209223Karyerasında toplam3298147194313419113
Uğurları
Komanda ilə Dünya Kubokunun bürünc mükafatçısı: 1982 Futbol üzrə İtaliya kubokunun qalibi: 1983, 1986 A seriyasının çempionu: 1982, 1984 Avropa kubokunun qalibi: 1985 Kuboklar Kubokunun qalibi: 1984 UEFA Super Kubokunun qalibi: 1984
Fərdi Polşada ilin futbolçusu: 1978, 1982 Dünya Kubokunun simvolik komandasına daxil edilib: 1982 FIFA 100 siyahısına daxildir Golden Foot: 2009 ("Futbol Əfsanələri" nominasiyasında) FAI International Football Awards: Beynəlxalq Şəxsiyyət: 2012 İtaliya Futbol Şöhrət Zalı: 2019
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Futbol hücumçuları Kateqoriya:FİFA 100 Kateqoriya:Polşa futbolçuları Kateqoriya:Polşa futbol məşqçiləri Kateqoriya:Polşa milli futbol komandasının oyunçuları Kateqoriya:Roma FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İtaliyada legioner futbolçular Kateqoriya:1978 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1982 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1986 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Avellino FK məşqçiləri Kateqoriya:İtaliya A Seriyası məşqçiləri Kateqoriya:Leççe FK məşqçiləri Kateqoriya:Bari FK məşqçiləri Kateqoriya:Polşanın kişi futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Roma şəxsləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri