Cüzeppe Berqomi (, ) — İtaliyalı keçmiş futbolçu. Bütün karyerasını, heyətində 750-dən çox oyunda meydana çıxdığı "İnter Milan" klubunda keçirib. 1982-ci ildə İtaliya millisinin heyətində dünya çempionu olub.
Karyera Milanda anadan olan Berqomi cəmi 16 yaşında "İnter Milan"ın əsas komandasında məşqlərə başladı və 22 fevral 1981-ci ildə A Seriyasında "İnter" — "Komo" oyununda debüt etdi. Növbəti il "İnter"lə İtaliya Kubokunu qazandı. Həmçinin "İnter"in əsas komandasında ardıcıl çıxış edərək UEFA Çempionlar Kubokunun yarımfinalına yüksəldikdən sonra o, tezliklə İtaliya milli komandasına dəvət edildi və millinin əsas oyunçusuna çevrildi.
Berqomi bütün karyerasını "İnter"də keçirtmiş və komandanın kapitanı olmuşdur. "İnter"in heyətində ümumilikdə 754 rəsmi oyuna çıxmış və 29 qol vurmuşdur.
Berqomi 1999-cu ildə, demək olar ki, 36 yaşında təqaüdə çıxdı və 2011-ci ilin sentyabr ayının sonlarına qədər "İnter"in heyətində ən çox oyun keçirən futbolçu hesab edilirdi. Daha sonra onun bu rekordu Xavyer Zanetti tərəfindən qırıldı.
96 oyunla o, hazırda UEFA Kubokunda ən çox oyun keçirən rekorda sahibdir.
İtaliya ilə Berqomi 1982 FIFA Dünya Kubokunu qazandı. Həmçinin o, 1986 və 1990-cı illərdəki çempionatlarda (sonuncuda kapitan kimi çıxış edib), eləcə də millinin yarımfinala yüksəldiyi UEFA Avro 1988-də çıxış edib və turnirin rəmzi komandasına seçilib. İtaliya millisində 81 oyunda meydana çıxıb (6 qol), bunlardan 33-də isə kapitan kimi çıxış edib.
Kiçik yaşlarından saxladığı bığa görə "Lo Zio" (italyancadan — "əmi") ləqəbini alıb.
İştirak statistikası
Klub +Klub, turnir və mövsüm sayına görə oyun və qollarıKlubMövsümA SeriyasıÖlkə kubokuAvropaToplamOyunQolOyunQolOyunQolOyunQolİnter1979–800010–101980–81120–401601981–82242102403841982–8327191604221983–8425050503501984–85292901004821985–86305601004651986–8728290804521987–8828190504211988–8932180604611989–9032250203921990–91303411204641991–9229060203701992–9331260–3721993–94310401204701994–9532271204131995–9627050103301996–97190701003601997–9828050904201998–992315090371Karyerasında toplam517241205117075429
Milli Komanda +Milli KomandailOyunQolİtaliya198260198340198490198570198682198781198811219891011990120199120199840Toplam816
Uğurları
İnter İtaliya çempionu (2): 1979/1980, 1988/1989 İtaliya çempionatının gümüş mükafatçısı (2): 1992/1993, 1997/1998 İtaliya çempionatının bürünc mükafatçısı (6): 1982/1983, 1984/1985, 1986/1987, 1989/1990, 1990/1991, 1996/1997 İtaliya kubokunun qalibi: 1982 İtaliya Superkubokunun qalibi: 1989 UEFA kubokunun qalibi (3): 1990/1991, 1993/1994, 1997/1998 UEFA kubokunun finalçısı: 1996/1997
İtaliya millisi Dünya çempionu: 1982 Dünya çempionatının bürünc mükafatçısı: 1990 Avropa çempionatının bürünc mükafatçısı: 1988
Fərdi FIFA 100: 2004 Qaytano Şirea Mükafatının qalibi: 1997
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:1982 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1986 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1990 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:UEFA Avro 1988 futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:FİFA 100 Kateqoriya:UEFA Kubokunun qalib futbolçuları Kateqoriya:İtaliya şəxsləri Kateqoriya:İtaliya futbol məşqçiləri