Eynəlqüzat Həmədani (; ) – tanınmış İran filosofu və şairi, sufiliyin panteist fəlsəfəsinin yaradıcısı.Aytək Zakirqızı (Məmmədova). P.S. – Zakir Məmmədov. Mənalı ömrün faciəsi. (əvvəli). "Elm" qəzeti, 20 may 2009-cu il – (davamı) "Elm" qəzeti, 29 may 2009-cu ilZakir Məmmədov. Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir. Bakı, 1978Həmədani Eynəlqüzat. Azərbaycan Sovet Ensiklopediyası. X cild.Bakı,1987.səh.195Zakir Məmmədov. Panteist fəlsəfənin banisi. "Elm" qəzeti, 29 dekabr 1999-cu il
Həyatı
Eynəlqüzat Abdulla Həmədani əslən İranın Həmədan şəhərindəndir.
Miyanəcilər XI – XII əsrlərdə istedadlı şairlər, görkəmli alimlər yetirmiş böyük nəsildir. Soyadın etimoloqiyası çox guman ki Miyana şəhəri ilə bağlıdır. AMEA-nın müxbir üzvü Zakir Məmmədov bu məsələni araşdırarkən müəyyənləşdirmişdir ki, onlardan Eynəlqüzat Miyanəcinin babası Əbülhəsən Əli Həsən oğlu Miyanəci mükəmməl təhsil görmüş hüquqşünas alim və incə təbli şair kimi tanınmışdır. Mənbələrdə onun haqqında çox az məlumat qalmışdır: "Qazi Əbülhəsən Əli Miyanəci 1079–cu ilin aprel (471–ci ilin şəvval) ayında sübh namazı əsnasında öz məscidində qətl edilmişdir. Müasirləri mütəfəkkirin düşmənlər və ona həsəd aparanlar tərəfindən məhv edildiyini bildirirlər". Eynəlqüzat Miyanəcinin atası Əbubəkr Məhəmməd Miyanəci də adlı–sanlı hüquqşünas alim və Həmədan şəhərinin qazisi olmuşdur. Orta əsr müəlliflərindən biri onun haqqında yazmışdır: "Fəzilətli, fəzilətlinin oğlu və fəzilətlinin atası. Yəni o, Qazi Əli Miyanəcinin oğlu, Eynəlqüzat Abdulla Miyanəcinin atasıdır."Zakir Məmmədov. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994
Eynəlqüzat Miyanəci Həmədanda doğulub yaşadığına görə Həmədani kimi də tanınmışdır. O, baş qazi vəzifəsində dərin hörmət qazandığından "Eynəlqüzat" (Ayn al–qudat – Qazilərin gözü) fəxri adını almışdır. "Əbülməali" ləqəbi isə "Fəzilətlər atası" deməkdir.Закир Мамедов. Азербайджанские философы и мыслители средневековья. Баку, 1993
Eynəlqüzat Miyanəci təhsilə çox erkən başlayıb, Ömər Xəyyam (1048–1131), Əhməd Qəzali (…-1126), Məhəmməd Cüveyni (1057–1135) və başqalarından elmin müxtəlif sahələrini mükəmməl öyrənmişdir. Filosof gənc olmasına baxmayaraq dövrün açıqfikirli görkəmli alimləri ilə möhkəm dostluq əlaqələri yarada bilmiş, elm xadimləri ilə mühüm məsələlər ətrafında mübahisələr aparmış, məktublaşmışdır.Zakir Məmmədov. Eynəlqüzat Miyanəci. Bakı, 1992
Filosof özü keçdiyi həyat yoluna nəzər salaraq yazırdı: "Mən bu yolu seçdim. Mühüm və qeyri–mühüm elmləri nəzərdən keçirdim. Zərərli və faydalı olan hər şeyi mütaliə etdim. Hətta öz mətləbimdə məni maraqlandıran nə vardısa onun təhsilinə nail oldum. Faydası az şeylərə baş qoşmadım, elmdə dolanbac yolla getmədim. Çünki elm çox, ömürsə qısadır. Az fayda verəcək təhsildə ömrü itirmək axmaqlıqdır."
Eynəlqüzat Miyanəci 28–29 yaşlarında azadfikirlilik üstündə müsəlman qanunçuları – fəqihlər tərəfindən təqiblərə məruz qalır. Ayrı–ayrı yerlərdə onu kafir elan edir, ölümünə fitva verirlər. O, 1127–ci ildə bu xəbəri eşidib, dostu qazi Kəmalüddövləyə yazmışdı: "Şəhərdə deyirlər ki, Eynəlqüzat allahlıq iddiası edir. Mənim qətlimə fətva veriblər. Ey dost, əgər səndən fitva istəsələr, sən də fitva ver." Eynəlqüzat Miyabəci – məktubat, I cild, sec. 620- 624, səh 373 – 375
Zakir Məmmədov qeyd edir ki, azadfikirli filosof yaxın gələcəkdə cəzalandırılacağını yaxşı bilirdi. Lakin o, öz amalları, idealları uğrunda qurban getməyi özünə böyük səadət sayır, məğrur–məğrur yazırdı: "Günlər keçəcək, bir səhər görəcəksən ki, Eynəlqüzat bu müvəffəqiyyətə nail olubdur." Eynəlqüzat Mitanəci – Şəkva əl-Qərib
Nə sayılan ailədən çıxması, nə böyük mənsəb – Həmədanın baş qazisi vəzifəsini tutması, nə də təhsil müəssəsinə – mədrəsəyə rəhbərlik etməsi onu bu ittihamdan xilas edə bilmir. O, 1128–ci ildə həbs edilib, Bağdad zindanına göndərilir. Öz müasiri İmadəddin İsfahani yazır ki, "kütbeyin vəzir Əbülqasim Dərgəzini Eynəlqüzat Miyanəcini həbsə aldı, öz zülmündə tələsdi, hökmündə insafsızlıq etdi. Vəzir filosofun qanını axıtmağa imkan tapmaq və cismən əldə saxlamaq üçün onu qolbağlı Bağdada apardı". Eynəlqüzat Miyanəci Bağdad zindanında yazdığı "Ölkələrin alimlərinə vətəndən ayrı salınmış qəribin şikayəti" ("Şəkva əl–ğərib ən əl-əvtan ilə üləma əl–buldan"), yaxud müxtəsər "Qəribin şikayəti" ("Şəkva əl–ğərib") adlanan traktatında ağrılı–acılı günlərindən xəbər verir. O, doğma elindən-obasından uzaq düşdüyünə görə iztirab keçirir, yuxusuz qalır, həsrətə dözməyib göz yaşları axıdır, "Vətən sevgisi imandır, gizli deyildir ki, vətən sevgisi insan fitrəti ilə qatışmışdır" deyə aləmə car çəkir.Zakir Məmmədov – Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri. Bakı, 1986
Qürbət diyarda tək–tənha, siyasi dustaq saxlanılan ülvi ideallar şairi özünün bəzi müsibətlərini bildirəcəyi, öz dərdinə şərik etməklə təskinlik tapacağı bir həmdəm, dövrün dönüklüklərindən şikayətini söyləyəcəyi, ağır işdə ona əlac etmək üçün kömək diləyəcəyi bir munis olmadığını yazır. Mütəfəkkir həm də iftixar hissi ilə bildirir ki, ona edilən pisliklərin mayasında bir həsəd (paxıllıq) yatır. Bu isə hər dövrdə böyük şəxsyyətlərin üzləşdiyi təbii haldır, zira həsəd fəzilətə qarşı yaranır.
Zakir Məmmədov mənbələr əsasında müəyyənləşdirmişdir ki, bir müddət qürbətdə saxlanıldıqdan sonra Eynəlqüzat Miyanəcini Həmədana qaytarır və 1131–ci ildə 6 mayda (525–ci il, cəmadal axirə ayında) otuz iki (hicri tarixi ilə otuz üç) yaşında dərs dediyi mədrəsədə edam edirlər.
Eynəlqüzat Miyanəcinin qısa ömür yaşasa da həyatda dərin iz qoyduğunu bildirən Zakir Məmmədov filosofun hələ öz sağlığında elmi ictimaiyyətin diqqətini cəlb etdiyini qeyd etmişdir: İmadəddin İsfahani yazırdı: "O, görkəmli alimlərdən idi. Fəzilət və zəkada kim onun mislində ola bilər?!" Zəhirəddin Beyhəqi Eynəlqüzat Miyanəcini sufi filosof kimi səciyyələndirmiş, yaradıcılığından nümunələr gətirmişdir. Əbusəd Səmani isə Eynəlqüzat Miyanəci haqqında yazır: "O, əsrin görkəmli alimlərindən biridir, zəka və fəzilətdə misal çəkilir. Böyük hüquqşünas və istedadlı şair idi."
Yaradıcılığı
Azərbaycanda Eynəlqüzat Miyanəcinin fəlsəfi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədovdur. Alim elmi yaradıcılığa başladığı illərdən sufizmdə panteist sistemi ilk dəfə Mühyiddin İbn əl-Ərəbinin (1165-1240) işləyib hazırlaması haqqındakı müddəanı təkzib etmiş, İbn Ərəbidən hələ yarım əsr əvvəl sufizmin panteist fəlsəfəsinin Eynəlqüzat Miyanəcinin yaratdığını mənbələrlə sübut etmişdir.Aytək Zakirqızı (Məmmədova). P.S. – Zakir Məmmədov. Mənalı ömrün faciəsi. (davamı) "Elm" qəzeti, 29 may 2009-cu il
Eynəlqüzat Miyanəcinin zəngin və orijinal yaradıcılıq irsinə malik olduğunu bildirən Zakir Məmmədov filosofun özünə istinadən qeyd edir ki, onun iyirmi dörd yaşına qədər yazdığı əsərlərdə ədəbiyyat, hədis, təfsir, hüquq, kəlam, habelə peripatetizm məsələləri əsas yer tutur. Filosofun bundan sonra qələmə aldığı "Həqiqətlərin məğzi" (Zübdət əl–həqaiq), "Müqəddimələr" (Təmhidat) və "Qəribin şikayəti" kitablarında sufizmin müxtəlif aspektləri işıqlandırılmış, ona bitkin fəlsəfi məzmun verilmişdir.
"Həqiqətlərin məğzi" sufi–fəlsəfi traktatını Eynəlqüzat Miyanəci iyirmi dörd yaşında ikən yazıb başa çatdırmışdır. Müəllif yüz fəsildən ibarət bu əsərdə ifrat sufi mütəfəkkirlərin istəyini yerinə yetirmək məqsədini güddüyünü söyləyərək onların panteist əhval–ruhiyyəli fikirlərini inkişaf etdirib, təsəvvüfdə fəlsəfəyə geniş yol açmışdır.
"Müqəddimələr" Eynəlqüzat Miyanəcinin ən irihəcmli əsəridir. Onun yazılıb tamamlandığı vaxt, filosofun ciddi təqiblərə məruz qaldığı 1127–ci ilə təsadüf edir.
"Qəribin şikayəti" Eynəlqüzat Miyanəcinin son əsəridir. Mütəfəkkir ölüm ayağında qələmə aldığı bu traktatda öz yaradıcılıq fəaliyyətinə bir növ xitam verir, panteist doktrinalarına, mütərəqqi ictimai–siyasi baxışlarına haqq qazandırmağa çalışır. Əsər dərin elmi–fəlsəfi məzmun daşımasına baxmayaraq, poetik nümunələrin geniş yer verildiyi yüksək bədii üslubda tərtib edilmişdir. Bu əsərlər doktor Əfif Üseyran tərəfindən 1962–ci ildə Tehranda çap olunmuşdur. Ülkər Zakirqızı Eynəlqüzat Miyanəcinin Azərbaycan ərəbdilli ədəbiyyatında mühüm xidmət göstərdiyini bildirərək yazır ki, "Qəribin şikayəti" əsərində Eynəlqüzat Miyanəci ədəbi formaları həm hekayə, həm də şeiriyyətin vəhdətində götürmüşdür. Belə ki, traktatda bədii cümlələrlə ifadə olunmuş fikirlər arasında gözəl şeirlər söyləmiş, bununla da hisslərini daha təsirli göstərmişdir.Ülkər Zakirqızı (Məmmədova). Ərəbdilli Azərbaycan ədəbiyyatında Eynəlqüzat Miyanəcinin mövqeyi. "Elm" qəzeti, 22 avqust 2006-cı ilÜlkər Zakirqızı (Məmmədova). Eynəlqüzat Miyanəcinin "Qəribin şikayəti" əsərində vətən həsrəti. Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri. Humanitar elmlər seriyası, 2007, № 1. səh. 30-36
Filosofun öz dostlarına və müridlərinə göndərdiyi geniş mündəricəli sufi və elmi–fəlsəfi "Məktublar" iki cilddə buraxılmışdır. Eynəlqüzat Miyanəcinin panteist fəlsəfəsinin işıqlandırılmasında həmin məktubların xüsusi əhəmiyyəti vardır.
Zakir Məmmədov filosofun irsini araşdıraraq yazır ki, Eynəlqüzat Miyanəci özünün fəlsəfi sistemində həm varlıq təlimini, həm də idrak nəzəriyyəsini tamamilə orijinal şəkildə işləyib hazırlamışdır. O, bütün əvvəlki filosoflardan öz yetkin dialektik mühakimələri ilə də seçilir. Eynəlqüzat Miyanəci dinsizlikdə təqsirləndirilib bədnam edilməsinə baxmayaraq, əsrlər boyu tarixçi və təzkirəçilər tərəfindən görkəmli sufi–filosof kimi yad edilmiş, onun əsərləri ayrı–ayrı ölkələrdə müxtəlif vaxtlarda köçürülərək əldən-ələ gəzmişdir.
2009-cu ildə Eynəlqüzat Miyanəcinin anadan olmasının 910 illik yubileyi ilə əlaqədar Zakir Məmmədovun müəyyən səbəblərə görə çap edilməyən "Eynəlqüzat Miyanəcinin panteist fəlsəfəsi" kitabı əsasında "Mənalı ömrün faciəsi" adlı məqalə hazırlanmış və bununla da filosofun 910 illik yubileyi qeyd edilmişdir.Zakir Məmmədov. Mənalı ömrün faciəsi.(əvvəli). "Elm" qəzeti, 20 may 2009-cu il; (davamı). "Elm" qəzeti, 29 may 2009-cu il
Varlıq təlimi
Allah ilə bütün mövcud şeylərin eyniliyi prinsiplərini işləyib hazırlamış Eynəlqüzat Miyanəci panteist dünyagörüşünə malik olmuşdur. Zakir Məmmədov yazır ki, Eynəlqüzat Miyanəcinin varlıq təlimində "varlıq" bütün mövcud şeyləri əhatə edən ən ümumi qismlərə, məsələn, qədimə və sonradan meydana çıxmışa, kamilə və naqisə, vahidə və çoxa bölünür. Allah, substansiya və onun atributları, aksidensiya və sair istilahların şərhi də Eynəlqüzat Miyanəcinin varlıq təliminin başlıca xüsusiyyətlərini əks etdrir. Varlığın qisimləri, növləri filosof tərəfindən başqa istilahlarla da verilir. Eynəlqüzat Miyanəcinin panteist məzmun daşıyan varlıq təlimi öz mahiyyəti etibarilə kreatsionizmə və dualizmə müxalifdir. Panteist filosof Allah ilə mövcudat arasındakı münasibəti Günəş ilə onun şüaları timsalında aydınlaşdırır. O yazır: "Ümumi camaatın nəzərində deyildiyi kimi, ərzə yayılan şüaların varlığı üçün, qaim Günəşin üzü olmasaydı, şüaların varlığı əsla mövcud olmazdı".
Zakir Məmmədov filosofun təlimində Günəş ilə şüalar arasındakı münasibətin Xaliq ilə məxluqat arasındakı münasibətdən fərqli olduğunu bildirmişdir: Xaliq ilə məxluqat bir–birindən zamanca ayrılır, zira məxluqat sonradan meydana çıxmışdır. Günəş ilə şüalar isə birgə mövcuddur. Eynəlqüzat Miyanəcinin varlıq təlimində Günəşlə onun şüaları kimi Allahla mövcudat da bir–birindən ayrılmazdır, vahid tamdır.
Zakir Məmmədov Eynəlqüzat Miyanəcinin Şərq peripatetizminə münasibəti haqqında yazmışdır ki, Varlığı vacib və mümkün qsimlərə bölən Şərq peripatetikləri bu qisimləri zamanca və təbiətcə fərqləndirməyib, müəyyən mənada bərabər tuturdular. Eynəlqüzat Miyanəci Şərq peripatetiklərinin bu dualist mövqeyini fürsət düşdükcə inkar etmiş, onların əsaslandıqları emanasiya (mövcudatın mütləq vahid varlıqdan zəruri surətdə çıxması) təliminin tənqidi üzərində xüsusi dayanmışdır. Mvcudatın mərtəbələrinin vahid başlanğıcdan, ilk səbəb sayılan vacib varlıqdan hasil olmasını təmin edən emanasiya nəzəriyyəsinə görə vahid ilk səbəbin əmələ gətirdiyi ilk nəticə həmçinin vahid olmalıdır.