Anatoli Timofeyeviç Avdiyevski (; ) — SSRİ və Ukrayna xor dirijoru, bəstəkar və pedaqoqu. Ukrayna Qəhrəmanı (2003), SSRİ xalq artisti (1983), SSRİ Dövlət mükafatı laureatı (1978).
Həyatı Anatoli Timofeyeviç Avdiyevski 16 avqust 1933-cü ildə Fyedvar (indiki Ukraynanın Kirovoqrad vilayəti, Kropivnitski rayonu, Podlesnoye kəndi) kəndində anadan olmuşdur. 1953-cü ildə Odessa Musiqi Texnikumunun (indiki Konstantin Dankeviç adına Odessa İncəsənət və Mədəniyyət Məktəbi), 1958-ci ildə Antonin Nejdanova adına Odessa Konservatoriyasının (indiki Antonin Nejdanova adına Odessa Dövlət Musiqi Akademiyası) dirijor və xor şöbəsini bitirmiş, Dmitri Zaqretski və Konstantin Piqrov ilə oxumuşdur. 1951–1958-ci illərdə 58 saylı orta məktəbdə musiqi və xanəndəlik müəllimi, Odessada xor dərnəyinin rəhbəri olmuşdur. 1958–1963-cü illərdə Lenok Polesye Mahnı və Rəqs Ansamblının (Jitomir) yaradıcısı, bədii rəhbəri və baş dirijoru olmuşdur. Viktor Kosenko adına Jitomir Musiqi Kollecində xor dirijorluğundan dərs demişdir. 1963–1966-cı illərdə Çerkası xalq xorunun bədii rəhbəri və baş dirijoru olmuşdur. 1966-cı ildən Qriqori Veryovka adına Milli Əməkdar Akademik Ukrayna Xalq Xorunun bədii rəhbəri, baş dirijoru, baş direktoru.Энциклопедический словарь. 2009. Авдиевский Анатолий Тимофеевич. O, xor kollektivi ilə SSRİ şəhərlərində və xaricdə (50-dən çox ölkədə) qastrol səfərində olmmuşdur. Ukraynanın Müğənni Sahələrinin, birləşmiş xorların baş dirijor-prodüseri. 1966-cı ildən Sov. İKP üzvüdür.
Anatoli Timofeyeviç Avdiyevski 24 mart 2016-cı ildə Kiyevdə vəfat etmişdir. O, Baykovo qəbiristanlığında dəfn edilmişdir.
İstinadlar
Xarici keçidlər
Авдієвський Анатолій Тимофійович Авдієвський Анатолій Тимофійович Авдієвський Анатолій Тимофійович — БІОГРАФІЯ НАЦІОНАЛЬНИЙ ЗАСЛУЖЕНИЙ АКАДЕМІЧНИЙ УКРАЇНСЬКИЙ НАРОДНИЙ ХОР УКРАЇНИ ІМ. Г. ВЕРЬОВКИ — АВДІЄВСЬКИЙ АНАТОЛІЙ ТИМОФІЙОВИЧ
Kateqoriya:SSRİ dirijorları Kateqoriya:Ukrayna dirijorları Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:Ukrayna bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları Kateqoriya:Ukraynanın əməkdar artistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Ukrayna aktivistləri Kateqoriya:SSRİ-nin musiqi pedaqoqları Kateqoriya:SSRİ klassik musiqiçiləri Kateqoriya:Ukrayna SSR əməkdar incəsənət xadimləri