Elif dedim — bölgəsi Kütahya, qaynağı Hisarlı Əhməd, tərtibçisi və nota köçürəni Yücəl Başmaqçı olan türk xalq mahnısı.
Hekayəsi Elif adlı bir qız var və onu çox sevən bir oğlan. Bir gün oğlan özünü pis hiss edir və dövrün ən ağır xəstəliyi olan vərəmə tutulur. Elifin ailəsi oğlanın sağalmalı olduğunu və ondan sonra Eliflə evlənə bilcəyini deyirlər. Daha sonra oğlan Elifə qovuşmağın ümidi ilə xəstəxanada yatır. Elifdə ara sıra ziyarətə gəlirdi və oğlanda gündən-günə sağalırdı. Aradan vaxt keçir oğlanın gözü yollarda qalır, çünki Elif artıq ziyarətə gəlmirdi. Ailəsindən bunun səbəbini soruşan oğlan könlünü, ağlını, həyatını viran edəcək xəbəri alır. Elifin ailəsi Elifi, vərəmli adamın yanına getməyə və onunla evlənməyinə qarşı çıxıblar. Buna görə də Elifi oğlanın yanına getməyə qoymurdular. Oğlan qara xəbəri alandan sonra gündən-günə çökür, xəstəlik onu qara torpağa doğru aparırdı. Bir gün artıq ümid qalmır və oğlanın ölüm xəbəri gəlir. Ailəsi nəşi alır və kəndlərinə aparır. Dəfnə hazırlıq zamanı gəncin papağından bir kağız parçası süzülüb yerə düşür. Kağız ilə birlikdə oğlanın sevdasıda, eşqidə, ümididə özü ilə süzülüb gedir. Sonda qışqırıqla başlayan bu kağız, bugünkü dövrdə xalq mahnısına çevrilib.
2003–2005-ci ildə çəkilən Qurdlar Vadisi teleserialında baş rol olan "Polad və Elif"in simvolik mahnısına çevrilmişdir.
Sözləri Orijinal mətni azərbaycancaElif dedim, be dedim aman Kız ben sana ne dedim? Elif dedim, be dedim aman Kız ben sana ne dedim?
Kuş kanedi kalem olsa Ah yazılmaz benim derdim Kuş kanedi kalem olsa Ah yazılmaz benim derdim
Elif'im noktalandı aman Az derdim çokçalandı Elif'im noktalandı aman Az derdim çokçalandı
Yetiş anam, yetiş babam aman Ah mezarım tahtalandı Yetiş anam, yetiş babam aman Ah mezarım tahtalandıElif dedim, vay dedim Qız, mən sənə nə dedim? Elif dedim, vay dedim Qız, mən sənə nə dedim?
Quş qanadı qələm olsa Ah yazılmaz mənim dərdim Quş qanadı qələm olsa Ah yazılmaz mənim dərdim
Elifim nöqtələndi aman Az dərdim çoxçalandı Elifim nöqtələndi aman Az dərdim çoxçalandı
Yetiş anam, yetiş atam aman Ah məzarım taxtalandı Yetiş anam, yetiş atam aman Ah məzarım taxtalandı
İstinadlar
Kateqoriya:Xalq mahnıları Kateqoriya:Qurdlar Vadisi Kateqoriya:Türkülər