Miyanku — Azərbaycan Respublikasının Masallı rayonunun Miyanku kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh. 8 fevral 2000-ci il tarixli 809-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Masallı rayonunun Miyanku kəndi Hişgədərə kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Miyanku kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası Keçmiş adı Ambaran olmuşdur. Oykonim talış dilindəki miyan (orta, ara) və ku (dağ) sözlərindən ibarət olub, “iki dağ arasındakı yer, dağarası” mənasındadır.
Tarixi Dağların arasında yerləşən Quni Menku tədricən düzənlik yerlərə köçərək Mədo Menku ilə birləşmiş və XVIII əsrdə Miyankü kəndi yaranmışdır. Bu yerlərdə Talış xanlarının mülkləri, torpaq və meşə sahələri olmuşdur.
Coğrafiyası və iqlimi Masallı rayonunun Hişkədərə inzibati ərazi vahidində yerləşən bu kənd Talış çayının sahilində, Burovar silsiləsinin şərq yamacında dağətəyi düzənlikdədir. Kəndin ərazisi 367 hektardır. Kənd Kubin, Nəzəroba, Mahmudavar, Hişkədərə, Mişkəmi kəndləri ilə həmsərhəddir.
Əhalisi Əhalisi 1349 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Təhsil Kənddə ilk məktəb 1932-ci ildə açılıb. Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbin hazırkı binası 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əslən bu kənddən olan azərbaycanlı milyarder Mübariz Mənsimovun vəsaiti hesabına tikilmişdir.Atası araba sürən azərbaycanlı milyarder… (FOTOLAR) . lacin.info, 16.04.2015
İstinadlar
Həmçinin bax
Kateqoriya:Masallı rayonunun kəndləri