– Azərbaycanın "Sumqayıt" klubunda oynayan yapon futbolçu. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir.

Klub karyerası Masaki Murata Yaponiyanın "Frontale" klubunun yetirməsidir. O, Almaniyada "Ginshaym" və "Bayern Altsenau" klublarında çıxış etdikdən sonra ölkəsində "İtuano" klubunda oynamışdır.

Murata 2021-ci ilin iyul ayında Latviyanın "Valmiera" klubunda çıxış etməyə başlamışdır. O, Latviya klubunda 48 oyuna 4 qol vurmuş, 5 məhsuldar ötürmə vermişdir. 2022-ci ildə "Valmiera" ilə Latviya çempionu olmuşdur. Klubla UEFA Konfrans Liqasında "Şkendiya" klubuna qarşı iki oyunda çıxış etmiş, bir qol vurmuşdur.

2023-cü ilin yanvarında Azərbaycanın "Sumqayıt" klubu ilə 1,5 illik müqavilə bağlamış və klubun ilk yaponiyalı futbolçusu olmuşdur. 25 yanvar 2023-cü ildə "Zirə"yə qarşı baş tutmuş oyunda debüt etmişdir. O, klubdakı karyerası ərzində 54 oyuna çıxmış, 1 qol vurub 3 məhsuldar ötürmə vermişdir. Klubdakı ilk və yeganə qolunu 11 noyabr 2023-cü ildə "Neftçi" ilə oyunda atmışdır. 2024-cü ilin iyulunda Danimarkanın "Vayle" klubu ilə 3 illik müqavilə bağlamışdır. Lakin 2025-ci ilin avqustunda "Sumqayıt"a qayıtmış və klubla 2 illik müqavilə bağlamışdır.

Milli karyerası Murata Yaponiyanın U-17 yığmasında çıxış etmişdir.

İstinadlar

Xarici keçidlər PFL profili "Sumqayıt" FK-nın rəsmi saytında profili

Kateqoriya:Yaponiya futbolçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner Yaponiya idmançıları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Vayle FK futbolçuları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri