Rəhman Vahid oğlu Abdullayev () — Azərbaycanlı tarzən. Müxtəlif yerli, beynəlxalq müsabiqə və festivalların qalibi və laureatı.

Həyatı Rəhman Abdullayev 1998-ci il oktyabrın 27-də Bakıda dünyaya gəlib. İlk musiqi təhsilini 2008-ci ildə 28 №-li musiqi məktəbində alıb. Sonra 2012-ci ildə Azərbaycan Milli Konservatoriyasının (AMK) tərkibində İncəsənət Gimnaziyasında davam edib. 2015–2019-cu illərdə AMK-nin İfaçılıq fakültəsinin Tar ixtisasına daxil olub və bakalavr təhsilini fərqlənmə ilə bitirib. 2019–2021-ci illərdə isə Konservatoriyanın magistr pilləsini bitirib.

2010–2015-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Uşaq orkestrinin konsertmesteri olub. (Drijor: Ağaverdi Paşayev)

Hal-hazırda AMK-nin tərkibindəki İncəsənət Gimnaziyasında müəllim vəzifəsində çalışır.

Nailiyyətlər 250px|thumb|right|Musiqiçinin ilk solo albomu 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin keçirdiyi II Respublika müsabiqəsində II yer olub.

2011-ci ildə Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş Respublika müsabiqəsinin laureatı olub.

2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Respublika müsabiqəsində II olub.

2014-cü ildə A. R. Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Respublika müsabiqədə II yer olub.

2015-ci ildə Əhsən Dadaşovun yubileyinə həsr olunmuş Respublika müsabiqəsində III olub.

2017-ci ildə "SALUT Talantov"un Bakıda keçirdiyi Beynəlxalq "Kaspisky Briz" müsabiqəsində 1-ci yer olub.

2018-ci ildə Hacı Xanməmmədovun 100 illik yubileyinə həsr olunmuş I Respublika müsabiqəsinin qalibi olub.

2019-cu ildə İtaliyanların Azərbaycanda keçirdiyi "TasteArt" beynəlxalq müsabiqəsində I yer olub.

2020-ci ildə Rusiya Federasiyasında keçirilən beynəlxalq müsabiqədə 2-ci yer olub.

2022-ci ildə "National Treasure" adlı musiqi albomu çıxıb. 100-dən çox treki musiqi platformalarında yayımlanıb.

Bundan başqa bir çox dövlət tədbirlərindəki çıxışlarına görə fəxri fərmanlarla təltif olunub.

Həmçinin bax Ramiz Quliyev Sahib Paşazadə

İstinadlar

Mənbə "Qalmaqallarla sənəti ucuzlaşdırmaq ağlımdan keçməyib" — Gənc tarzən

Xarici keçidlər

Rehman Abdullayev — YouTube kanalı Rəhman Abdullayev — Apple Music kanalı Rəhman Abdullayev — Spotify kanalı