Jan Mari Rolan de La Platyer (; ) — Fransa alimi və siyasətçisi. Fransa inqilabı dövründə, jirondist hökumətlərində daxili işlər naziri (mart–iyun 1792, avqust 1792–yanvar 1793).
Lionda istehsalat müfəttişi olmuş, orada yakobin klubu təşkil etmişdir. Daha sonra jirondist olmuş və 1792-ci ildə daxili işlər naziri kimi xidmət etmişdir. O, yakobinlərin qələbəsindən sonra Normandiyaya qaçmışdır. Burada onunla fəal əməkdaşlıq edən həyat yoldaşı Janna Manon Filiponun yakobinlərin əli ilə edam edildiyini öyrəndikdən sonra 15 noyabr 1793-cü ildə intihar etmişdir.
Əsərləri
«Mémoire sur l'éducation des troupeaux» (1779) «Dictionnaire des manufactures» (1785) «L’Art du fabricant d'étoffes de laine» (1780) «Fabricant de velours» (1780–1783), «L’Art du tourbier».
İstinadlar
Əlavə ədəbiyyat
Kateqoriya:Fransa siyasətçiləri Kateqoriya:Kəskin alət ilə intihar edənlər Kateqoriya:Fransa ədliyyə nazirləri Kateqoriya:Fransa alimləri Kateqoriya:Jirondistlər Kateqoriya:XVI Lüdovik nazirləri Kateqoriya:Fransanın daxili işlər nazirləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri