Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri — Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi əməliyyatların keçirilməsi və təşkili üçün nəzərdə tutulmuş struktur bölmələri.

Tarixi İkinci Qarabağ müharibəsində 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri digər xüsusi təyinatlılarla birlikdə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında duran ən mürəkkəb tapşırıqları yerinə yetirmişdir. Müharibənin ilk saatlarında "Pələng" və "Şahin" dəstələri Murovdağ istiqamətində, o cümlədən Murov zirvəsi istiqamətində strateji mövqelər tutmaqda fərqlənmişdilər. Murovdağ yaxınlığında gedən döyüşlərdə bu dəstələrin 7 hərbçisi şəhid olmuşdur.

Müharibənin sonrakı günlərində həm Cəbrayıl, həm də Füzuli istiqamətində gedən döyüşlərdə "Bəbir", "Əqrəb" və "Kobra" xüsusi təyinatlıları dəstələri iştirak etmişdir. Həmçinin, "Gürzə" dəstəsi Füzuli, "Pələng" dəstəsi isə Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

Cəbrayıl şəhəri uğrunda gedən döyüşlərdə Azərbaycan Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələrindən 13 hərbçi, o cümlədən "Əqrəb" xüsusi təyinatlı dəstəsinin xüsusi təyinatlı dəstəsinin komandiri Türkay Hüseynli şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Cəbrayıl şəhərinin nəzarətə götürülməsi əməliyyatının rəhbərlərindən biri, "Əqrəb" dəstəsinin komandiri, mayor Ələsgər Muxtarov "Qarabağ" ordeni ilə təltif edilmişdir. .

Daxili Qoşunların Füzuli rayonu istiqamətində "Bəbir", "Əqrəb", "Gürzə" və "Kobra" dəstələri qarşıya qoyulan tapşırıqları tam yerinə yetirmişdilər. Döyüşlərdə 13 hərbçi, o cümlədən "Bəbir" xüsusi təyinatlı dəstəsinin komandiri, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş mayor Şixamir Qaflanov şəhid olmuşdur. Həmçininç bu ada "Şahin" və "Kobra" dəstələrinin komandirləri Zəfər Yusibov və Füzuli İmrəliyev layiq görülmüşdür. İlham Əliyevin digər sərəncamı ilə Füzuli şəhəri uğrunda gedən döyüşlərdə fərqlənmiş "Gürzə" xüsusi təyinatlı dəstəsinin komandiri Cavid Tağıyev "Qarabağ" ordeni ilə təltif edilmişdir.

"Yarasa" və "Vaşaq" dəstələri digər mühafizə tapşırıqlarını yerinə yetirmişdilər.

Dəstələr thumb|300x300px|"Yarasa" dəstəsinin hərbi qulluqçuları 2022-ci ilin dekabrında Şuşa yaxınlığında. thumb|200x200px|"Şahin" dəstəsinin komandiri, polkovnik Zəfər Yusibov.

Xüsusi təyinatlı dəstələrin hər birində peşəkar gizir və zabitlər var. Dəstələr vahid "Komando" adı altında birləşir. Qırmızı beret, fərqlənmə nişanı və şevron, xüsusi çalarlarda kamuflyaj forması Daxili Qoşunların xüsusi təyinatlılarının üzvlərini fərqləndirir. NişanıAdıKomandirHərbi hissənin dislokasiyası link=Файл:Emblem_of_"Babir"_Special_Forces_of_Internal_Troops_of_Azerbijan.svg|80x80px Bəbir Quba link=Файл:Emblem_of_"Canavar"_Special_Forces_of_Internal_Troops_of_Azerbijan.svg|80x80px Canavar Qəbələ link=Файл:Emblem_of_"Aqrab"_Special_Forces_of_Internal_Troops_of_Azerbijan.svg|80x80px Əqrəb Sumqayıt Gürzə link=Файл:Emblem_of_"Cobra"_Special_Forces_of_Internal_Troops_of_Azerbijan.svg|80x80px Kobra link=Файл:Emblem_of_"Komando"_Special_Forces_of_Internal_Troops_of_Azerbijan.svg|80x80px Komando Ağcabədi link=Файл:Emblem_of_"Palang"_Special_Forces_of_Internal_Troops_of_Azerbijan.svg|80x80px Pələng link=Файл:Emblem_of_"Qartal"_Special_Forces_of_Internal_Troops_of_Azerbijan.svg|80x80px Qartal link=Файл:Emblem_of_"Shahin"_Special_Forces_of_Internal_Troops_of_Azerbijan.svg|80x80px Şahin Biləcəri Vaşaq link=Файл:Emblem_of_"Yarasa"_Special_Forces_of_Internal_Troops_of_Azerbijan.svg|80x80px Yarasa Hacıqabul

Qeydlər

Mənbə İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Azərbaycan Daxili İşlər Nazirliyi Kateqoriya:Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Kateqoriya:Azərbaycanın xüsusi xidmət orqanları