Aleksandru Averesku (; ) — Rumıniya hərbçisi, dövlət və siyasi xadimi. Rumıniya marşalı (1930). Üç dəfə (1918, 1920–1921 və 1926–1927) ölkənin baş naziri olmuşdur.

Həyatı 1907–1909-cu illərdə Rumıniyanın hərb naziri olmuşdur. Bu vəzifədə o, 1907-ci ildə üsyankar kəndlilərə qarşı repressiyalarla fərqlənmişdir. 1911-ci ildə Rumıniya Baş Qərargahının rəisi təyin edilmişdir. Birinci Dünya müharibəsi illərində Averesku orduya komandanlıq etmişdir. Müharibədən sonrakı illərdə o, siyasi fəaliyyətə keçmiş, 1918-ci ildə Xalq Liqasını yaratmışdır. 1919-cu ildə Averesku daxili işlər naziri, 1920-ci ildə isə baş nazir təyin edilmişdir. Onun hökuməti 1920-ci ildə Rumıniyada oktyabrda keçirilən ümumi tətili darmadağın etmiş, fəhlə və kəndli hərəkatına qarşı bir sıra qanunlar qəbul etmişdir. 1920-ci ildə Averesku Xalq Liqasını Xalq Partiyasına çevirmişdir. 1926–1927-ci illərdə ikinci baş nazirliyi dövründə Averesku Rumıniya ilə Almaniya və İtaliya arasında sıx əməkdaşlığı müdafiə etmişdir.Энциклопедический словарь. 2009. АВЕРЕСКУ Александр.

Əsərləri

Виноградов В. Н. Румыния в годы первой мировой войны. — , 1969. Очерки политической истории Румынии (1859—1944). — Киш., 1985. Филипенко А. А. Александру Авереску — румынский маршал из села Озёрное. // Юго-запад. — Одессика. — Вып. 4. — С. 240—256.

İstinadlar

Xarici keçidlər

Биографическая справка

Kateqoriya:Rumıniya hərbçiləri