Kərkük döyüşü — İraq Təhlükəsizlik Qüvvələrinin Kərkük mühafəzəsini "Peşmərgə"dən geri almaq üçün həyata keçirdiyi hərbi müdaxilə. İraq "Peşmərgə"yə şəhərdən geri çəkilmək üçün dəfələrlə xəbərdarlıq etsə də, sonuncu onlara məhəl qoymamışdı və bu, iki qüvvə arasında toqquşmalara səbəb olmuşdur. Hücum əməliyyatına 15 oktyabr 2017-ci ildə başlanmış və ertəsi gün Kərkük şəhəri geri alınmışdır. Beynəlxalq koalisiya hadisələri "hücumlar yox, koordinasiyalı hərəkətlər" kimi qiymətləndirmişdir, çünki "Peşmərgə" qüvvələrinin əksəriyyəti döyüşmədən şəhərdən geri çəkilmişdir. Buna baxmayaraq, 37–117 peşmərgə əsgəri həlak olmuşdur.
İstinadlar
Kateqoriya:2017-ci ildəki münaqişələr Kateqoriya:2017-ci ildə İraq Kateqoriya:İraq müharibəsi (2013–2017) Kateqoriya:Kərkük mühafəzası