Aaron Sayens Qarza (; ) — Meksika siyasətçisi.

Həyatı Aaron Sayens Qarza 1 iyun 1891-ci ildə Meksikada, Nuevo-Leon ştatının Monterrey şəhərində anadan olmuşdur. Xuan Sayens Qarza və Konsepsyon Qarzanın oğlu olmuşdur.

1916-cı ildə Hərbi və Hərbi Dəniz nazirliyində katib olmuşdur. 28-ci Qanunvericilik Məclisinin xalq deputatı. 1918-ci ildə Braziliyada səlahiyyətli nazir. 1920–1924-cü illərdə xarici işlər nazirinin müavini, 1924–1927-ci illərdə nazir. 1924-cü ildə Yaponiya ilə ticarət və gəmiçilik müqaviləsini müzakirə etmək, 1925-ci ildə Meksika ilə Almaniya arasında iddialar konvensiyasını imzalamaq və 1925-ci ildə Meksika ilə Kuba arasında ekstradisiya müqaviləsini imzalamaq üçün xüsusi nümayəndə olmuşdur. 1925-ci ildə Prezident Maçadonun inauqurasiyası üçün Kubada xüsusi missiyada olan səfir kimi xidmət etmişdir. 1927-ci ildə Nuevo-Leonun qubernatoru seçilmişdir. 1930-cu ildə xalq maarif naziri olmuşdur. 1930-1931-ci illərdə sənaye, ticarət və əmək naziri olmuşdur. 1932–1935-ci illərdə federal dairənin mərkəzi şöbə müdiri kimi xidmət etmişdir.

İstinadlar

Kateqoriya:Meksika siyasətçiləri Kateqoriya:Meksika uzunömürlüləri