Kuruşima-Kaikyo boğazı () — Şikoku və Osima adaları arasındakı boğaz. Daxili Yapon dənizinin Hiuçi-Nada və İtsuki-Nada ərazilərini birləşdirir.
Bu mühüm nəqliyyat marşrutunun bir hissəsidir. Boğazdan gündə 1500-ə qədər gəmi keçir. Boğazda hərəkət etmək çətindir, onun içindəki qabarma-çəkilmə axınları 10 düyün (18,5 km/saat) sürətə çata bilir ki, bu da çoxsaylı qəzalara səbəb olur. Relyef və naviqasiya mürəkkəbliyinə görə Yaponiyada Naruto və Kammon boğazları ilə birlikdə adı çəkilir.
1999-cu ildən boğaz üzərindən Kuruşima-Kaikyo körpüsü salınır.
İstinadlar
Mənbə
Kateqoriya:Sakit okeanın boğazları Kateqoriya:Avrasiya boğazları Kateqoriya:Yaponiya boğazları Kateqoriya:Daxili Yapon dənizi boğazları