Darkside Game Studios — ABŞ videooyun istehsalı studiyası. Mərkəzi Florida ştatında yerləşir.
Tarixi 2002-ci ildə bir qrup rəssam və videooyun həvəskarları videooyun yaratmaq məqsədi ilə yaradılmışdır. Daha sonra "Shadows in Darkness" adlanan bu komanda 2008-ci ildə "Darkside Game Studios" videooyun istehsalı studiyasına çevrilmişdir.
"Microsoft" 2015-ci ildə "Darkside Game Studios"a həvalə edilən "Phantom Dust" layihəsinin istehsalını ləğv etmişdir. Bundan sonra əlli nəfərdən ibarət studiya səbəblərini açıqlamadan bağlanmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:ABŞ videooyun şirkətləri Kateqoriya:2008-ci ildə yaranan şirkətlər