Çayqovuşan (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Çayqovuşan kəndi adlandırılmışdır.

Tarixi Rayon mərkəzindən 45 km cənubda, Türyançayın sağ sahilində, Astraxanovka kəndinin şərqində yerləşir. Böyük Söyüdlü İnzibati Ərazi Dairəsinə daxildir. Kəndi Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus kəndliləri 1891-ci ildə salmışlarE.Nuriyev, adı çəkilən əsəri, səh 35. "Vladimir" – rus şəxs adı (knyaz Vladimir və s), " o v – k – a" rus dilində mənsubiyyət bildirən şəkilçidir. "Vladimirovka"– " V l a d i m i r ə m ə x s u s" anlamındadır. Zaman keçdikcə, rus millətinə mənsub olanlar kənddən köçüb getmiş, ad qalmışdır. Kəndin əhalisi (167 nəfər) heyvandarlıq və taxılçılıqla məşğul olur. Kənddə 1 telefon var. Oğuz–Qarabulaq avtobus marşrutu Vladimirovkanın 1 kilometrliyindən keçir.

Toponimikası Düzənlikdədir. Kənddə XIX əsrdə Rusiyanın Vladimir vilayətindən köçürülmüş ruslar məskunlaşdığı üçün belə adlandırılmışdır.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 111 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Oğuz rayonu

Xarici keçidlər

Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Oğuz rayonunun kəndləri