Pavel Vasilyeviç Avramov (; ) - Rusiya siyasətçisi, dekabrist, 1823-cü ildən polkovnik.

Həyatı Pavel Avramov 1790-cı və ya 1791-ci ildə, Sankt-Peterburq Elmlər Akademiyasının əməkdaşı, kollegial məsləhətçi Vasili Mixayloviç Avramovun ailəsində anadan olmuşdur. 1798-ci ildən Birinci Kadet Korpusunda tərbiyə almış, 1806-cı ildə Üçüncü Artilleriya Alayının ikinci leytenantı kimi xidmətə başlamışdır. 1810-cu ildə Avramov leytenant rütbəsinə yüksəlmiş, 1811-ci ildə isə xidmətini Birinci Kadet Korpusunda davam etdirmək üçün köçürülmüşdür. 1812-ci il Fransa–Rusiya müharibəsi Avramov rus ordusunun ehtiyat hissələrinin hazırlanması ilə məşğul olmuş, fərqlənməyə görə 1813-cü ildə 4-cü dərəcəli "Vladimir" ordeni ilə təltif edilmişdir. 1816-cı ildə kapitan rütbəsi almış və 1818-ci ildə onun xahişi ilə qumbaraatan alayına, 1819-cu ildə mayor rütbəsində İkinci Karabineri alayına keçmişdir. Elə həmin il II Ordunun qərargahının baş adyutantı təyin edilmiş və polkovnik-leytenant rütbəsi almışdır. Avramovun dekabrist təşkilatlarda iştirakının başlanğıcı da eyni dövrə təsadüf edir. 1819-cu ildə "Rifah İttifaqı"nın üzvü olmuş və dağıldıqdan sonra Cənub Cəmiyyətinin işində iştirak etmişdir. 1822-ci ildə Avramov İkinci Ordu tabeliyindəki təlim batalyonunun komandiri olmuş və elə həmin il Kazan piyada alayının komandiri təyin edilmişdir. 1823-cü ildə xidmətdə fərqləndiyinə görə polkovnik rütbəsinə yüksəlmişdir.Энциклопедический словарь. 2009. АВРАМОВ Павел Васильевич.

İstinadlar

Əlavə ədəbiyyat Декабристы. Биографический справочник / Под редакцией М. В. Нечкиной. — М.: Наука, 1988. — С. 6, 215. — 50 000 экз. — ISBN 5-02-009485-4.

Xarici keçidlər Биография на сайте «Хронос»

Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Dekabristlər hərəkatı