right|thumb|250px|Batyar Günü şənlikləri
Batyarlıq və ya batyar (, ) — XIX əsrin ortalarından XX əsrin ortalarına qədər mövcud olan Lvov subkulturası.
Tarixi Subkulturanın adı macarca "quldur", "macəraçı" mənasını verən və İran dillərindən gələn "" sözü ilə verilmişdir."mint a kulonbozo arnyalata "tarsas-csavargo" kifejezesek" (tłum. ): harnaś, batjar, kuruc, portasz, ferens, martahus, hajduk, tołhaj, opryszek, pandur [w:] Magyar nyelvőr. Magyar Tudományos Akadémia. 1954. t. 78. s. 229. XIX əsrdə Lvov Avstriya-Macarıstan imperiyasının bir hissəsi olduğu üçün onun polislərinin bir qismi macar idi və onlar bu termini yerli dialektə öz ana dillərindən gətirmişdilər. Yan Lyamın məlumatına görə, termin "gündən-günə yaşayan, baxımsız, kirli, sərxoş, haqqında yalnız nifrətlə danışılan bir şəxsi" təsvir edirdi.Chłędowski Kazimierz. Pamiętniki. Galicja (1843–1880). Zakład Narodowy im. Ossolińskich – Wydawnictwo, Wrocław 2006. . s. 304. Lvovda batyar müxtəlif təşəbbüslərə və riskli zarafatlara qadir olan cəsarətli adama deyilirdi. Batyarların əksəriyyəti şəhərətrafı qəsəbələrin meyxanalarda və bağlarda toplaşan (xüsusilə Lıçakov və Podzamçe) sakinləri idi.
Batyarlar polyak, ukrayn, alman və ivrit sözlərinin qarışığı olan xüsusi jarqondan istifadə edirdilər, bəziləri hələ də Lvovda istifadə olunur. 1933-cü ildə Lvovda aparıcılar Tonko və Şçepço ilə birlikdə "Şən Lvov Dalğası" radio proqramı çıxdı, bunun sayəsində Polşanın digər vilayətlərində batyar subkulturasını daha da tanınmışdır. Batyarlıq əsasən polyaklar arasında geniş yayılmışdı, bunu Lvov Polşa batyar folkloru sübut edir. 1939-cu ildə Şərqi Polşanın Sovet İttifaqı tərəfindən işğalından və yenidən 1945-ci ildə Ukrayna SSR-in bir hissəsi kimi Sovet İttifaqına birləşdirilməsindən sonra azalmışdır. Sovet hakimiyyəti Polşa sakinlərinin əksəriyyətini deporasiya etmiş və yerli polyak mədəniyyətini sıxışdırmışdır.
Mədəni təsiri Musiqisini bəstəkar Xenrik Varsın bəstələdiyi, sözlərini Emanuel Şlexterin yazdığı "Yalnız Lvovda" mahnısı batyarların himni hesab olunurdu hesab edilirdi.
Lvov Şəhər Şurasının 1 may 2008-ci il tarixli qərarına əsasən, şəhərdə hər il Batyar Günü keçirilməyə başlanmışdır. Lvovda Batyar Günü sovet bayramı olan 1 May Beynəlxalq Əmək Gününü əvəz etmişdir.
Həmçinin bax Məna sürüşməsi
İstinadlar
Xarici keçidlər Witold Szolginia, Batiar and his balak Homo leopolensis essay from under the "microscope of pan Yurko" Definition of Betyar by Encyclopædia Britannica The Batiar's Day report by "UkrInform" Phenomenon of Lwow's "knajpa" Biesiady i Combry from Agencja Artystyczna (Ta-joj, Europo! — Biesiada Lwowska) Batiar's of the Ukrainian Lviv
Kateqoriya:Lvov tarixi