Xalxalqışlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun Xalxal kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Rayon mərkəzindən 10 km şərqdə, Xalxaldan 5 km cənubda, Xalxalçayın sol sahilindədir. "Xalxalqışlaq" sözünün mənası "Xalxal kəndinə məxsus qışlaq", yaxud, "Xalxallıların qışladığı yer, oba, kənd" deməkdir. Əhalisi (255 nəfər) heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə ibtidai məktəb, klub, kitabxana, tibb məntəqəsi var. Oğuz–Xalxal avtobus marşrutu kəndin içərisindən keçir.

Toponimikası Dağətəyi ərazidədir. Kənd keçmişdə Xalxal kəndinə məxsus qışlaq yeri olmuş, kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 441 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Oğuz rayonu

Xarici keçidlər http://www.municipality.az/?year=2009&month=04&cstart=14 Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Oğuz rayonunun kəndləri