Raisa Vasilyevna Belyayeva (; ) — ilk rus qadın qırıcı pilotlarından biri. Lidiya Litvyak ilə birlikdə döyüşmüş və üçə qədər hava qələbəsi qazanmışdır. Belyaeva 1943-cü ildə naməlum səbəblərdən döyüşdə həlak olub.
Həyatı Belyayeva Kirovdakı dabbağlar üçün texniki institutda oxuyub. O məktəbi bitirdikdən sonra köhnə dostu, Leninqradda uçuş təlimatçısı olan Olqa Yamşikovadan ona uçmağı öyrətməsini xahiş etmişdir. Belyayeva müharibədən əvvəl yüzlərlə paraşütçüyə təlimat vermişdir. O, həmçinin Moskva yaxınlığındakı Tuşino aerodromunda təşkil olunmuş bir çox aviaşoularda iştirak edib.
Belyayeva Stalinqrad döyüşündə iştirak etmiş və Nikita Xruşşovun müşayiətçi pilotu kimi uşmuşdur. O, 19 iyul 1943-cü ildə baş vermiş qəzada həlak olub.
İstinadlar
Kateqoriya:Rusiyanın qadın pilotları Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri