1739-cü il Çənab döyüşü — Cassa Sinqh Ahluvaliyanın başçılıq etdiyi siqh qüvvələri ilə Nadir şahın başçılıq etdiyi Əfşar qüvvələri arasında kiçikmiqyaslı döyüş. Bu, Nadir şah Dehlini qarət edib Hindistanı tərk edərkən baş vermişdir.

Zəmin Moğol imperiyası korrupsiya səbəbindən üçün zəifləmişdi və Maratha tərəfindən işğal edilirdi. Hindistan o dövrdə ən varlı ölkələrdən biri olmuş, bu da əvvəllər bir çox işğalçılarda olduğu kimi Nadır şahı Hindistana cəlb etmişdir. O dövrdə 3 əsas müsəlman imperiyası Osmanlı imperiyası, Əfşarlar sülaləsi və Moğol imperiyası idi. Moğollar üçündən ən varlısı idi. Hücumlardan sonra Nadir şah üçün sonuncusu ən zəngin şəhər olan Dehli olmuşdur. Kuh-i-Nur və bəzi kölələr də daxil olmaqla Dehlinin hamısını qarət etdikdən sonra Nadir şah İrana qayıtmağa qərar vermişdir.

Döyüş Nadir şah Hindistanı tərk etmək üçün Şimali Pəncabdakı dağlardan keçməyə qərar vermişdi. Bunu öyrənən siqhlər öz tükənmiş ehtiyatlarını zənginləşdirmək üçün yüngül süvari dəstələri toplamağa başlamışdılar.Singha,Bhagata (1993). A History of the Sikh Misals. Patiala, India:Publication Bureau, Punjabi University. Onlar külli miqdarda qənimət ələ keçirmişdilər. Əfşar qoşunları qənimətlərlə çox yüklənmiş və may ayının dəhşətli istisində əzilmiş olduqları üçün onları müvəffəqiyyətlə təqib edə bilməmişdilər. Siqhlər çoxlu qulları da azad etmişdilər.

Nəticə Nadir şah qənimətdəki itkiləri xəbərini aldığı Lahorda dayanmışdır. O, son dərəcə qəzəblənmiş və qənimətlər haqqında soruşdu. Orada onu Zəkəriyyə xan müşayiət etmiş və ondan fitnə-fəsad törədənlərin kim olduğunu soruşmuşdur. Siqhlər haqqında məlumat əldə etdikdən sonra Zəkəriyyə xana bu üsyançıların bir gün ölkəni idarə edəcəklərini söyləmişdir.

Siqhlər Nadir şahın qənimətini qarət etdikdən sonra da o qədər çox şey qalmışdı ki, İranda vergiləri tam 3 il dayandırmağa kifayət etmişdi.Axworthy pp.1–16, 175–210 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra onun varisi Əhməd Şah Abdali daha sonra 20 ildən çox müddətə siqhlərə hücuma keçmişdir.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:1739-cu ildə Hindistan Kateqoriya:Nadir şah Əfşarın yürüşləri