İmişli FK və ya İmişli Futbol Klubu. Azərbaycan Respublikasının İmişli rayonunu təmsil edən futbol klubudur.

Tarixi 220x124px|thumb|right|alt=İmişli|Azərbaycan xəritəsində İmişli "İmişli" klubu 2004-cü ildə MKT-Araz adı ilə fəaliyyətə başlamışdır. 2006-cı ilin martın 23-də ölkə prezidenti İlham Əliyevin iştirakı ilə İmişli şəhərində "MKT-Araz” klubunun yeni stadionunun istifadəyə verilməsinə həsr olunmuş mərasim keçirilmiş və müasir Avropa standartlarına tam cavab verən 8500 yerlik stadion komandanın istifadəsinə verilmişdi. Futbol üzrə Azərbaycan Yüksək Liqasında 3 mövsüm iştirak etdikdən sonra "pambıqçılar" ləqəbli "MKT-Araz" klubu 13 avqust 2007-ci ildə, çempionatında başlamasına bir həftə qalmış gözlənilmədən fəaliyyətini dayandırdı. Klub yaydığı məlumatda maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini dayandırdığını elan edib. Həmin dövrdə 3 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmiş və Azərbaycan Kubokunun finalında 1 dəfə oynamışdır. Lakin buna baxmayaraq AFFA-nın köməyi ilə klub yenidən qurularaq Azərbaycan Birinci Divizionu 2009/2010, 2010/2011, 2011/2012 mövsümlərində iştirak etdi. 2012-ci ildə rəhbərlik yenidən klubun fəaliyyətini dayandırdığını bildirdi.

Klub daha sonradan, 2013-cü ildə Mil-Muğan adı altında yenidən fəaliyyətinə davam edərək Birinci Divizionda iştirak etməyə başladı. Lakin bu klub da 2018-ci ildə yenidən fəaliyyətini dayandırdı.

2022-ci ildə yenidən qurulan klub "İmişli FK" adı altında Azərbaycan Birinci Divizionunda iştirak etməyə başlayıb. İmişli FK 2024/25 mövsümündə Azərbaycan Birinci Divizionunda uğurlu çıxış edərək Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb İmişli FK 2024/25 mövsümündə 2-ci yer, Livescore.com, 2025. The format of the Azerbaijan Premier League has been changed, Offsideplus.az, 18 aprel 2025.. Komanda 23 oyundan sonra 44 xalla turnir cədvəlində ikinci yeri tutub və bu nəticə onlara elitaya yüksəlmək imkanını verib.Klub 2025/2026 mövsümdən etibarən Azərbaycan Premyer Liqasında çıxış edir.

Avropa kuboklarında iştirak thumb|right|200px|MTK-Araz klubunun loqosu MTK-Araz adlandığı dövrdə klub Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA İntertoto Kubokunda təmsil etmişdir.

MKT-Araz hər il transferlərə külli miqdarda pul xərcləsə və dünyanın bir çox ölkələrindən transferlər olunsa da, komanda yalnız iki dəfə avrokuboklara vəsiqə qazana bildi. 2006-cı ildə turnir cədvəlində 8-ci pilləni tutmasına baxmayaraq, 4-7-cı yerlərdə qərarlaşan komandaların imtinası səbəbindən İntertoto Kubokunda oynamaq imkanı qazandı. İlk mərhələdəki rəqib Moldovanın Tiraspol klubu oldu. Rəqibindən qat-qat artıq büdcəyə və bahalı heyətə malik olmasına baxmayaraq “MKT Araz" mərhələni adlaya bilmədi (1:0, 0:2). 2008-ci ildə isə ölkə kubokunun finalına vəsiqə qazansa da, “Xəzər Lənkəran"a 0:1 hesabı ilə uduzaraq fəxri mükafatdan əlini üzdü. Lakin o vaxtın qaydalarına görə kubokun finalçısı kimi UEFA kubokuna vəsiqə qazandı. Burada isə ilk mərhələdə Polşanın “Qrotslin" klubuna uduzaraq mübarizəni dayandırdı (0:0, 0:1). Elə məhz bu oyundan sonra da rəhbərlik komandanı buraxdığını açıqladı.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının reytinq cədvəlində 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 131,5 xal ilə Azərbaycan klubları arasında 8-ci, dünyada isə 679-cu pillədə başa vurmuşdurReytinqə sözardı, yaxud "Neftçi" "Qarabağ"ı necə keçdi? apasport.az tarixi:2010.11.27.

Loqolar

Uğurları Azərbaycan Kuboku: Finalçı (1) — 2006/2007

Liqa və Kuboklarda O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, X = xallar

Mövsüm Liqa Yer O Q H M VQ BQ XalAzərbaycan Kuboku2004–05Azərbaycan Premyer Liqası83416993523571/2 final2005–06Azərbaycan Premyer Liqası9269893136351/4 final2006–07Azərbaycan Premyer Liqası5241257231841Finalçı2009–10Azərbaycan Birinci Liqası52211564129381/16 final2010–11Azərbaycan Birinci Liqası42615384934481/8 final2011–12Azərbaycan Birinci Liqası72611312354336İştirak etməyib2013–14Azərbaycan Birinci Liqası930117122933401/8 final2014–15Azərbaycan Birinci Liqası13307518306526İştirak etməyib2015–16Azərbaycan Birinci Liqası82688102826321/8 final2016–17Azərbaycan Birinci Liqası7261358533344İştirak etməyib2017–18Azərbaycan Birinci Liqası82786133249401/8 final2022–23Azərbaycan Birinci Liqası15286220216620İştirak etməyib2023–24Azərbaycan Birinci Liqası42713863821471/8 final2024–25Azərbaycan Birinci Liqası22713865337471/8 final2025-26Azərbaycan Premyer Liqası93371313234334

2022/2023 Liqanın axırlarına qədər klub oyunlarını Saatlı stadionunda keçiridi. Yalnız 6 aprel tarixində, keçirilən baxış nəticəsində İmişli öz ev oyunlarını doğma meydanda keçirə bildi. Uzun fasilədən sonra aprelin 12-də "Qarabağ-2" ilə doğma meydanda keçirilən görüşü, rəsmi protokola görə, 4500 tamaşaçı tərəfindən izlənmişdir. Komandanın İmişlidə keçirdiyi sonrakı iki görüşünə də maraq az olmayıb: "Kəpəz-2" ilə matçına 2500, bu mövsüm sonuncu ev görüşü - "Zirə-2" ilə qarşılaşmaya isə 4500 tamaşaçı tribunadan baxıb. Beləliklə, 3 matça düz 11.300 tamaşaçı gəlib. Bunlar Azərbaycan futbolunun bugünkü reallığında ən yüksək göstəricilərdən biridir

İstinadlar

Kateqoriya:2022-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:İmişli rayonunun futbol klubları