Yenikənd — Azərbaycan Respublikasının Oğuz rayonunun Yaqublu kənd inzibati ərazi dairəsində kənd.
Qanıx–Əyriçay çökəkliyində, rayon mərkəzi olan Oğuz şəhərindən 21 km cənubda, Yaqublu kəndinin şərqində, Oğuz–Xaldan şose yolunun solunda yerləşir.
Tarixi XX əsrin ortalarında buraya gələrək məskunlaşmış və kəndi yaratmış yerli əhali yaşayış məntəqəsini belə adlandırmışlar. Yenikənd “yeni, təzə salınmış kənd, oba, yer” mənasındadır.
Kənd əhalisi heyvandarlıq və taxılçılıqla məşğul olur. Kənddə uşaq bağçası, klub, tibb məntəqəsi, 40 telefon butkası var.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 429 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Oğuz rayonu
Xarici keçidlər http://www.municipality.az/?year=2009&month=04&cstart=14 Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Oğuz rayonunun kəndləri