"Dünya sənin, dünya mənim" — Məmməd Arazın sözlərinə Niyaməddin Musayev tərəfindən bəstələnən mahnı
Haqqında Şeir 1977–1978-ci illərdə Məmməd Araz tərəfindən yazılıb. Şeirə məşhurluq gətirən Niyaməddin Musayevin mahnı bəstələməsi olub. Niyaməddin Musayev mahnının necə yaranması ilə bağlı demişdir:
Niyaməddin Musayevin ifasında mahnı məşhurluq qazanmışdır. Youtube kanallarında 10 milyondan çox izlənmə olub. Ondan sonra mahnını müğənni Əhməd Mustafayev ifa etmişdir. 19 mart 2023-cü ildə "Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi Zülfü Əsədzadənin "Dərviş band" qrupu ilə birgə "Dünya sənin, dünya mənim" ifası sosial şəbəkələrin trendinə çevrilmişdir..
Niyaməddin Musayev "Dərviş band" qrupunu tanıdığını və onların bu ifasını çox bəyəndiyini bildirib:
Türkiyəli müğənnilərin ifasında Türkiyənin tanınmış müğənnisi Neşe Karaböcek ifa etmişdir.
Mətn
Orijinal mətni Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da qoşa düşmərik. Bir zərrənin işığına milyonlar şərik, Dünya sənin, dünya mənim, dünya heç kimin.
Çevrəsindən çıxsa əgər sevda fırfıran, Bir ümidin ətəyindən tutub da fırlan, Eşidərsən: pıçıldayır yıxılan, duran, Dünya sənin, dünya mənim, dünya heç kimin.
Bu get-gəllər bazarına dəvədi dünya, Bu ömür-gün naxışına həvədi dünya. Əbədiyə qəh-qəh çəkər əbədi dünya, Dünya sənin, dünya mənim, dünya heç kimin.
Ayaq saxla, dövrənə bax ötəri belə, Min illərdir Araz belə, Həkəri belə. Axşamların, səhərlərin təkəri belə, Dünya sənin, dünya mənim, dünya heç kimin.
Gülünclərə gülünc gələn bu ada güldüm, Yüyəninə hər əl yetən bu ata güldüm, Mən özümlə oynadığım şahmata güldüm… Dünya sənin, dünya mənim, dünya heç kimin. — may-iyun, 1986
İstinadlar
Xarici keçidlər
"Dərviş" band — "Dünya sənin, dünya mənim" | Səs Azərbaycan. Doğma nəğmələr | 2023 | Final Niyameddin Musayev — "Dunya Senin Dunya menim dunya hec kimin…" Heydər Əliyev mahnıya qulaq asıb kövrəldi — Dünya sənin, dünya mənim Neşe Karaböcek — Dünya Senin Dünya Benim "Dünya sənin, dünya mənim, dünya heç kimin" mahnısının tarixi…
Kateqoriya:Azərbaycan mahnıları