Dürres Gözəli mozaikası (, ) — Albaniyada tapılan ən qədim, bizim eramızdan əvvəl 4-cü əsrə aid polixrom mozaikadır.Fjalori Enciklopedik Shqiptar, Akademia e Shkencave — Tiranë, 1984 (MOZAIKU I DURRËSIT ME PORTRETIN E NJE GRUAJE, page 726) Sahəsi 9 kvadrat metr olan bu mozaika ellips formasındadır. Üzərində tünd fonda güllər və digər bitkilərlə əhatələnən qadın başı təsvir olunub.Fjalori Enciklopedik Shqiptar, Akademia e Shkencave — Tiranë, 1984 (MOZAIKU I DURRËSIT ME PORTRETIN E NJE GRUAJE, səh. 726) 1918-ci ildə kəşf olunub və 1982-ci ildən Tirana şəhərində yerləşən Albaniya Milli Tarix Muzeyində sərgilənir.
Tarixi Mozaika eramızdan əvvəl IV əsrin ikinci yarısında Durresdə yaradılmışdır. Mozaika 1916-cı ildə, Birinci Dünya müharibəsinin ortalarında, Dürresin Avstriya-Macarıstan qüvvələri tərəfindən işğal edildiyi zaman aşkar edilmişdir. Avstriya-Macarıstan ordusunun hava hücumu üçün sığınacaqların tikintisi işləri zamanı hərbi mühəndislər, Durres şəhərinin günümüzdə mərkəzində yerləşən "Varoş" küçəsində bir evin bünövrəsində qazıntı işləri zamanı təqribən 3.8 metr dərinlikdə mozaika ilə qarşılaşdılar. 1918-ci iin aprel ayında Avstriyalı arxeoloq sığınacağın tikintisi bitməmişdən öncə həmin mozaikanı araşdırdı. O 1920-ci ildə çap olunmuş öz "Mozaika və Mallakastra: Mərkəzi Albaniyada Arxeoloji Araşdırmalar" () məqaləsində mozikanın quruluşundan bəhs etmişdir.
Müharibə bitdikdən sonra mozaikanın ötrülmüş və gözdən itmişdi. 1947-ci ildə Durresli arxeoloq Vangjel Toçi tərəfindən yenidən kəşf edildi. Bu mozaika yalnız 1959-cu ildən sonra geniş ictimaiyyətə tanındı. 1982-ci ildə mozaika DÜrresdən Tirandakı Milli Tarix Muzeyinin əsas zalına köçürüldü. Günümüzdə də orada sərgilənir.
Mozaikanın təsviri 2400 ildən çox yaşı olan bu mozaika təxminən 9 kvadrat metr sahəni əhatə edir. Mozaika emal olunmamış rəngli çınqıllardan hazırlanmışdır və günümüzdə də öz vəziyyətini qoruyub saxlayır. Elliptik formadadır, ən genişdə yerində təqribən 5,1 metr, ən dar yerində isə təxminən 3 metr enindədir. Öz janrında dünyanın ən ifadəli mozaikalarından biri hesab olunur. Dizayn baxımdan bir vaxtlar Qədim Makedoniyanın bir hissəsi olan Pellada aşkar edilmiş eyni dövrün mozaikalarına bənzəyir.Apollon Baçe, Aleksandër Meksi, Emin Riza, Gjerak Karaiskaj, Pirro Thomo — Historia e Arkitekturës Shqiptare (History of Albanian Architecture — pages 87–88 (in Albanian)) Publisher: Ministria e Arsimit dhe e Kulturës, Instituti i Monumenteve të Kulturës, Tirana 1980
Qadın portreti Mozaikada kimin təsvir olunduğu ilə bağlı ən azı iki nəzəriyyə var. Tarixçi və arxeoloq Moikom Zeqonun fikrincə, mozaikada təsvir edilən qadın Apuliyada tapılan arxetip amfora qabların üstündə həkk olunmuş qadınla eynidir. Onun sözlərinə görə, Durres Gözəlliyi körpələrin sağlam doğulmasına kömək edən doğuş ilahəsi olan təsviridir. Arxeoloq Afrim Hoti qadının ov ilahəsi Artemidanın rəfiqəsi Aurora olduğu qənaətindədir.
Fonun dizaynı Qadın fiqurunu əhatə edən dizayn öz kompozisiyasına görə unikaldır və mozaikanın fonu qara rəngdədir. Qadın fiqurunun ətrafı sünbül və zanbaq kimi bir neçə növ bitkilərlə, həmçinin budaqlar, qönçələr və ləçəklər kimi digər çiçək elementləri ilə əhatə olunmuşdur.
Mədəniyyətidə və müasir cəmiyyətdə
Dürres Gözəli təsvir olunmuş sikkə 2004-cü ildə Albaniya Milli Bankı həm üz, həm də arxa tərəfdə Dürresin Gözəlliyi və onun dekorativ elementləri təsvir olunmuş sikkə buraxmışdır. Nominal dəyəri 50 lek olan 24.25 millimetr diametrində və 5,50 qram ağırlığında olan bu sikkə əlvan metallardan hazırlanmışdır. 75%-i misdən 25%-i isə nikedən ibarət luan bu sikkə 200000 nüsxədə buraxılmışdır.
Həmçinin bax Albaniya
Albaniyada turizm
Albaniya tarixi
Albaniya memarlığı
İstinadlar
Kateqoriya:E.ə. IV əsr Kateqoriya:Antik incəsənət Kateqoriya:Ellinizm incəsənəti