Böyük dairəvi xətt () Moskva Metropoliteninin 11-ci (xronoloji ardıcıllıqla onuncu) və dünyanın ən uzun metro xəttidir. Xəttin birinci hissəsi 26 fevral 2018-ci ildə açılıb. Son 9 stansiya isə 1 mart 2023-cü ildə sərnişinlərin istifadəsinə verildi. Xəttin ümumi uzunluğu 57.5 kilometrdir və 31 stansiyadan ibarətdir. Xəttin beş stansiyasında 5G texnologiyası sınaqdan keçirilir.Xətt sxemdə (bəzən qara) rəng ilə işarə olunur.
Təsvir Xəttin uzunluğu 58,5 kilometrdir, lakin bəzi mənbələrdə 70 kilomterdən artıq olduğu qeyd olunur. Xəttdə 252 eskalator fəaliyyət göstərir. Sayca ən çox (17) eskalator Peçatniki () stansiyasında yerləşir. Ən böyük eskalator Marina Roşa () stansiyasındadır və uzunluğu 130 metrdir.
Tarixi Hələ 1947-ci ildə şəhərin cənubunu və şərqini bir halqaya bağlanmaq perspektivi ilə yarımhalqalı metro xəttinin tikintisi planlaşdırılırdı. Buna görə ilkin qazıntı işləri aparılırdı, lakin layihə dayandırlımalı oldu. 2000-ci illərin ikinci yarısında mövcud olan dairəvi xəttdən 2–3 stansiya aralıda olan böyük dairəvi xəttin yaradılması təklif olundu. 2011-ci ilin yayında birinci mərhələnin stansiyaları üçün layihələr hazırlandı.
İstinadlar
Kateqoriya:Nəqliyyat