Budaqdərə — Azərbaycan Respublikasının Laçın rayonunun Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Şəlvə kənd Sovetindən Budaqdərə kəndi Hacıxanlı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponimikası Kənd Budaqdərəsi adlı yerdə salındığı üçün belə adlandırılmışdır. Etnotoponimdir. 1933-cü ildə İmişli (Qaradonlu) rayonu ərazisində Budaqlı adlı kənd də qeydə alınmışdır.
Tarixi
Coğrafiyası və iqlimi Kənd Qarabağ yaylasında yerləşir.
Ağsu təpəsi Laçın rayonunun Budaqdərə kəndi ərazisində yüksəklik. Təpə adını rayonun ərazisindəki Ağsu çayından almışdır.
Əhalisi Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Laçın rayonunun kəndləri