330px|thumb|right|Ənənəvi Azərbaycan yurdu (çadırı) 330px|thumb|right|Gəncə Tarix-Diyarşünaslıq Muzeyində yurd və Kitabi-Dədə Qorqud təsviri Azərbaycan köçəri həyatı — Azərbaycan mədəni mühitində tarixən və müasir dövrdə köçəri (tərəkəmə) və ya yarımköçəri (elat) həyat tərzi keçirən şəxs və ya icmaların tarixi, mədəniyyəti və adət-ənənələri. Azərbaycanda elatların istifadə etdiyi müvəqqəti yaşayış məskənlərinə oba, şenlik, sığırxana, yataq, binə, yurd, düşərgə, qışlaq, dəkkə, dəngə, yaylaq və s. daxil idi. Yaylaq vaxtı istifadə edilən evlər alaçıq, coma, dəyə, muxuru, qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.-dir.
2023-cü ildə xınalıqların mədəni mühiti və Azərbaycandakı köç yolu Dünya irsi adına layiq görülmüşdür. Azərbaycan Macarıstanda keçirilən Böyük Hun-Türk Qurultayının və müxtəlif ölkələrdə keçirilən Dünya Köçəri Oyunlarının daimi iştirakçısıdır.
Terminologiya Elat. İranda və Azərbaycanda çoxu türk soylu olan köçəri xalqlarını təsvir etmək üçün istifadə edilən ərəb mənşəli addır.Иля́ты. Иля́ты // Советская историческая энциклопедия : в 16 т. / под ред. Е. М. Жукова. — М. : Советская энциклопедия, 1961–1976.Илят // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907. Tərəkəmə. XIX əsr — XX əsrin əvvəllərində köçəri mənasında işlədilir, köçəri Azərbaycan türkləri üçün istifadə edilirdi. Müasir dövrdə bu adda tayfa (tərəkəmələr, qarapapaqlar) var. Elmi ədəbiyyatda qarapapaqlar, padarlar və şahsevənlərin üçünün də maldarlıqla məşğul olduğu nəzərə alınaraq, onlar üçün ümumi "tərəkəmə" adı istifadə edilmişdir.Мамедли А. Соловьева Л. Т. Азербайджанцы. — М.: Наука, 2017. — С. 27. — 708 с. — ISBN 978-5-02-040007-8. Tat. Sözün birinci mənası İran Azərbaycanında və ondan kənarda qeyri-türkdilli əhali (tatlar) üçün istifadə olunur. İkinci mənası isə türkdilli, oturaq həyat tərzi keçirən, heç bir tayfaya aid olmayan əhali üçün istifadə olunur və bu ikinci məna yalnız İran Azərbaycanında müşahidə edilir.
Fiziki və insan coğrafiyası
Yaylaqlar 250px|thumb|right|Quba rayonundakı yaylaqda qoyun sürüsü Digər türkdilli bölgələrdə olduğu kimi Azərbaycanda da köçəri heyvandarlıq üçün istifadə edilən yay otlaqları yaylaq adlanır. Bu yaylaqların çoxu dəniz səthindən 2800 metr orta hündürlükdə yerləşir. Qoyunların otarıldığı qədim yaylaqlar Böyük və Kiçik Qafqaz dağlarının alp və subalp çəmənliklərində yerləşən yaylaqlar hesab edilirdi. Yaylaq maldarlığı kimi tanınan peşə Zaqafqaziya ərazisində, xüsusən də müasir Azərbaycan ərazisində Erkən Tunc dövründə yaranmış və nəhayət eramızdan əvvəl I minilliyin əvvəllərində formalaşmışdır.Бунятов Т. А. Из истории хозяйства в древнем Азербайджане // КСИИМК. — М., 1957. — Вып. 67. — С. 37.
Gəmiqayanın ən qədim qayaüstü rəsmləri eramızdan əvvəl IV minillik–I minilliyin sonlarına aiddir ki, bu da müasir Azərbaycan ərazisində köçəri heyvandarlığın və yaylaq maldarlığının yaranması ilə üst-üstə düşür.Antonio Sagona. The Archaeology of the Caucasus: From Earliest Settlements to the Iron Age. — Cambridge University Press, 2017-11-30. — 563 с. — ISBN 9781107016590. Təsvirlər Naxçıvanda qədim insanların rituallarını və mənəvi həyatını, eləcə də onların iqtisadi həyatını, həyat tərzini, sənətkarlıq bacarıqlarını əks etdirir.Karimov, Emil. (2014). Nakhchivan — an Ethnographic Phenomenon.
Yaylaq maldarlığı, əsasən, dağətəyi rayonların otlaq sahələrinə sahib olan əhali tərəfindən həyata keçirilirdi. Bunun sübutu mövsümi yaşayış üçün və mal-qaranı qonşu qəbilələrin qəfil hücumlarından qorumaq üçün tikilmiş, siklop tipli, güclü daş tikililərdir. Eramızdan əvvəl II minillikdə heyvandarlıqla məşğul olan şəxslərin oxşar tikililərinə Kiçik Qafqazın yaylaqlarında — Xaçbulaq, Kəlbəcər, Gədəbəy, Laçın, Batabatda, həmçinin Ordubad dağlarında tez-tez rast gəlmək mümkündür.Алиев В. Г. Культура эпохи средней бронзы Азербайджана. — Б.: Элм, 1991. — С. 133. Azərbaycanda yaylaqlardan XX əsrin 80-ci illərinə qədər geniş istifadə olunurdu.
Arxeoloji məlumatları Azərbaycanın etnoqrafiyası ilə müqayisə edərək yaylağa köçmə üsulu və qədim dövrlərdə yaylaqda yaşayış forması haqqında fikir söyləmək mümkündür. Belə ki, əhali mal-mülklərini arabalara yığaraq sürü ilə birlikdə hərəkət edirdi. Təkərli yolun cığırlara çevrildiyi yerdə əmlak yük heyvanlarına yüklənirdi. Tarixçi Teymur Bünyatovun fikrincə, yaylağa bu cür hərəkət Tunc dövründə də mövcud olmuşdur.
Türklərin Azərbaycanda yerləşməsinin əsas səbəbi bu ölkədə otlaq, bağ-bağçaların çox olması, mal-qara bəsləmək üçün uyğun və əlverişli şəraitin olmasıdır. Nəticə olaraq, Azərbaycan və İraq-i Əcəm ərazisi 2 milyon köçəri üçün yaylaq və qışlaq olmuşdur.
Tarixi miqrasiya yolları
250px|thumb|right|Qarabağda Elxanilər dövründə bərpa edilmiş və köçərilik üçün istifadə edilmiş 11 tağlı Xudafərin körpüsü. XIII əsr
Elxanilər dövründə köçəri yolları (köç yolları) indiki Azərbaycan, Ermənistan, şimal-qərbi İran və mərkəzi İraqı əhatə edirdi. Elxanilər şimalda (Qarabağda) qışlamaq məqsədilə 11 tağlı Xudafərin körpüsünü bərpa edib istifadə etmişdir.Мамед-заде К. М. Строительное искусство Азербайджана (с древнейших времён до XIX века) / Научный редактор aкадемик АН Азерб. ССР А. В. Саламзаде. — Б.: Элм, 1983.
Köç yolları Azərbaycanda daxili əlaqə yollarından biri olaraq aran və dağa köçüləndə istifadə edilirdi. Həmçinin oturaq həyat tərzi keçirən əhali köç yollarından istifadə edərək öz məhsullarını maldarlıq məhsulları ilə (ət, dəri, yun, yağ, pendir və s.) dəyişdirmək üçün yaylağa gedirdi.
Azərbaycanın Qərb bölgəsinin köç yolları Kür çayı üzərindəki keçidlərdən başlamaq şərti ilə, düzənlik ərazilərdəki torpaq yollarında davam edir, yaylaqlara çatdıqca dağ çığır yolları əvəzlənirdi. Qərb bölgəsinin köç yollarının Kür çayından keçməsi səbəbi ilə mal-qara və qoyunlar balaca qayıqlar vasitəsilə çaydan keçirilirdi. Buna görə də çayın üzərində gəmiçilər olurdu. Qərb bölgəsinin qışlaqları Qarayazı və Ceyrançöldə, yaylaqları Şahdağ və Murğuz silsiləsində yerləşirdi. XIX əsrin sonlarında Qazax və Yelizavetpol qəzaları köçərilərinin bir yerdə istifadə etdikləri yollar əsasən Yasamal, Zəyəm dərəsi, Kiran, Sarı yoxuş, Qoşa dəyirman yolları, Qızılbulaq yaylağına gedən yol və Zada yolları idi. Qərb bölgəsində yaylaqlardan istifadə edən kənd əhaliləri (Poylu, Salahlı, Kəsəmən və Qarabağlı) Ceyrançöl-Qədili keçidi—Annenfeld—Alman koloniyası—Morul kəndinə kimi müstəqil hərəkət edir, buradan Yasamal yolu ilə yaylaqlara köçürdü. Şuşa qəzasında 2 köç yolu var idi: Kür sahilləri—Əsgəran vadisi—Qırxqız yaylağı və Xaçın yolu—Əylisli—Şuşa kəndi—Kirs dağı. İkinci yoldan Cavanşir qəzası əhalisi də yararlanırdı.
Şirvan elatlarının köç yolları Küdrü qışlaqlarından Böyük Qafqaz yaylaqlarına qədər gedirdi. Köç yolları istiqamətləri bunlardır: Hərmidağ—Paşalı—Udulu—Yavannı dağı—Mərəzə—Hilmilli—Dibrar, Girdə-Pirsaat vadisi—Təsi kəndi—Sündüqozlu çayı—Dibrar, Kələqaya (Döymə yolu)—Ləngəbiz—Çarhan—Mərzəndigə—Kürdəmir—Astraxanka—Sarıdaş yaylağı (Dibrar), Gödəkambarə qışlağı—Kolanı—Göylər—Ortabulaq dərəsi—Şamaxı—Pirsaat vadisi—Çaylı kəndi—Kürdəmir—Astraxanka—Dibrar.
Muğan elatlarının yaylaq yerləri Savalan, Qaradağ və Talış dağları idi. Savalan yaylaqlarına gedən miqrasiya yolları Biləsuvar—Bağrovdağ—Ağ evlər—Gəlin yurdu—Xatınbulaq—Qaraşıran istiqaməti idi. Şahsevən elatları, xüsusilə Meşkin icmaları yaylaqlara köçərkən bu yollardan istifadə edirdi: Araz çayının aşağısı—Xoruzlu dağ silsiləsi—Bərzəng çayı, Ziyvə kəndi (Muğan)—Sambur çayı—Ləngəndən—Savalan, Qarasu çayının yuxarı axarı boyu, Göytəpə-Səfidağ mahalı—Talış dağları—Çiçəkli dağ silsiləsi.
Tarixi
Orta əsrlər və erkən müasir dövr
XI–XIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir. Field Listing :: Ethnic groups (англ.). The World Factbook. ЦРУ. Проверено 23 мая 2012. Səlcuqlar dövründən bölgəyə gəlməyə başlayan köçəri oğuz tayfaları azərbaycanlıların mənşəyində əsas rolu oynamışdır.
Monqol xaqanlığının parçalandığı dövlətlərdə türk və monqol elementlərinin rahat birləşməsinin səbəbi ümumi köçəri irsi və Mərkəzi Asiyada min illik simbiozis idi. Təəccüblü deyil ki, islamı qəbul etdikdən sonra monqolların əksəriyyəti farslara deyil, mədəni cəhətdən daha yaxın olduqları türklərə assimilyasiya olunublar. Monqollardan sayca çox olan və müsəlman olan türkmənlər ortaq köçəri həyat tərzinə görə monqolları tez bir zamanda öz içlərində əritdilər.István Vásáry. The role and function of Mongolian and Turkic in Ilkhanid Iran // Turcologia. Monqol Elxani imperiyası dövründə hökmdar sülalə köçəri həyat tərzini tərk etməmişdir.История Ирана с древнейших времен до конца XVIII века. — Л.: Изд-во ЛГУ, 1958. — 390 с. səh 190
Müasir Azərbaycan və Ermənistan ərazilərində yaxşı otlaqların olması səbəbi ilə monqollar, türklər və türkmən tayfaları monqol elxanları, teymurilər və türkmən padşahların dövründə burada yerləşmişdir. Daha sonra bu tayfalar azərbaycanlılara assimilyasiya olunmuşdur. Türklüyü və müsəlmanlığı qəbul edən monqollar türk dilində danışan, ancaq monqol tarixi yaddaşına malik bir qrup olmuş, İran Azərbaycanında və Şərqi Anadoluda köçəri həyatını davam etdirmişdir. Türk-monqol köçəriləri köçəri həyatın vacib funksiyası olan hərbi xüsusiyyətləri itirməmişdir.
XIII–XV əsrlərdə köhnə feodalların torpaqları tədricən köçəri tayfaların irsi başçılarının əlinə keçmişdir. Köçəri zadəganlar arasında tayfanın ayrı-ayrı hissələrinin böyükləri ağsaqqal adlandırılırdı. Ağsaqqallar maldarlıqda dölün başlanması, sürünün otlaması, dağa və arana miqrasiya məsələləri ilə bağlı öz fikirlərini deyir, məsləhət verirdilər.
Ağqoyunlu hakimi Qara Yuluq Osman bəy bir tərəfindən fars-İslam administrasiyasının əsasını inşa etməyə başlayarkən, bir tərəfdən də öz köçəri köklərinə, Mərkəzi Asiyadakı türk köklərinə güclü bağlılıq nümayiş etdirirdi. Bunun sübutu Osman bəyin öz ardıcıllarını oğuz irsinin gücünə hörmətlə yanaşmağa çağırması, bu zaman yasaqdan (yazılmamış qanunların ənənəvi məcmuəsi) sitat gətirməsidir. Osman bəy ardıcıllarına oturaq həyata keçməməyi tənbehleyirdi. Çünki, onun fikrincə, oturaq həyata keçmək "suverenlik, türklük və azadlığ"ın itirilməsi deməkdir. Monqol hökmdarı Çingiz xan da vaxtilə öz monqol ardıcıllarına oxşar bir mesajla xəbərdarlıq etmişdir. Ağqoyunlu hökmdarı Sultan Yaqubun dövründə (h.i. 1478–1490) Çingiz yasası (türklər və monqolların ənənəvi köçəri qanunları) ləğv edildi.Lane, George (2016). "Turkoman confederations, the (Aqqoyunlu and Qaraqoyunlu)". In Dalziel, N.; MacKenzie, J. M. (eds.). The Encyclopedia of Empire. pp. 1–5. doi:10.1002/9781118455074.wbeoe193. ISBN 978–1118455074.
Səfəvilər dövründə oturaq əhalinin mövqeyinin zəifliyi köçərilərin oturaq həyata keçməsini yavaşladırdı. XVII və XVIII əsrlər ərzində bəzi tayfalar yarımköçəri həyat tərzinə keçir, həm əkinçiliklə məşğul olur, həm də yayda sürüləri ilə yaylağa köçürdü.
Əhməd bəy Cavanşirə görə Pənahəli xanın vaxtında (1747–1763) püsyan, qaraçarlı, cinli, dəmirçihəsənli, qızılhacılı, səfikürd, boyəhmədli saatlı, kəngərli və s. köçərilər Qarabağ xanlığına köçmüşdür.Ахмедбек Джаваншир. История Карабахского ханства (с 1747 по 1805 годы). — Баку. 1961, с. 71 Xanlığın vəziri Molla Pənah Vaqif Azərbaycanı yalnız köçəri tayfa qurumu olan elə görə bölürdü.Алекперов А. К. Исследования по археологии и этнографии Азербайджана. — Баку: Изд-во АН Азербайджанской ССР, 1960. — С. 72–73.
XIX əsrdən müasir dövrə qədər 200px|thumb|right|Azərbaycanlı köçəri