Gündüzqala — Azərbaycan Respublikasının Qusar rayonunun Gədəzeyxur kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Çar imperiyası ilə mübarizə

XIX əsrdə Ğunar-qala kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlərЦГВИА. Ф. ВУА. Д. 6356. Л. 19-39.

Sovet hakimiyyəti ilə mübarizə

1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Ğunar-qala kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.

Toponimikası Gündüzqala oyk., sadə. Qusar maili düzənliyindədir. Oykonim ərazidəki eyniadlı qalanın adını daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1586 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Sixillər

Ğunar-ğala kəndin Ğunar xelin(boy) sixilləri (klanlar, soylar):

Qemeyar / Qasumar (Кьасумар / Къемеяр) Aragar (Арагъар) Piketsar (Пикецӏар) Pileyar (Пилеяр) Ştuar (Штӏвар) Çüğuar (Чӏуьгъвар) Xürelar (Хуьрелар) Kalunar(Калунар)

DNA ŞəxsSixilXelhaploqrupBabayevQemeyar (Qasumar)ĞunarJ1-Z1842

Din

Kənd əhalisi İslam dininin Sünni etiqatın Şafii məzhəbin Müridizm təriqətinə aiddirlər. Gündüzqala məscidi 1916-cı ildə tikilib. Hazırda məscid təmirsizdir və fəaliyyət göstərmir.

Həmçinin bax Gündüzqala məscidi Qusar rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qusar rayonunun kəndləri