Xalid Qaradağlı () — XIX əsr Azərbaycan şair-satirik və aşığı. Dağıstan azərbaycanlılarının (Tərəkəmə) fərdi (müəllif) poeziyasının banilərindən biri hesab olunur.
Bioqrafiya 1822-ci ildə Qaradağlı kəndində anadan olub. Atası oğluna dini təhsil vermək arzusunda idi, lakin Xalid mədrəsəni bitirdikdən sonra din xadimi olmaq istəmir və özünü poetik yaradıcılığa həsr edir. Təhsilini bitirdikdən sonra Xalid qazi oldu.
Yaradıcılığı O, yaradıcılığının anti-feodal yönümlü olması ilə məşhurlaşırГаджиева С. Ш. Дагестанские азербайджанцы. XIX — начало XX в.: Историко-этнографическое исследование. — "Восточная литература" РАН,, 1999. — 307 с. — ISBN 5–02–017792-Х..
Xalid öz satirik əsərlərində cəmiyyətin sosial çirkinliklərini, feodal istismarını tənqid edir.
"Xalidin Şikayəti"ndə aşıq Xalid insanların hiyləgər, satqın olmasından şikayətlənir. Dosta belə güvənmək bəzən çətin olur: "… yüz dosta, bir qram belə güvən haradan gəlir? İnsanlar azıb şeytan simasına bürünüblər…".
"Dağıstanın hədiyyələri" toplusunun tərtibçisi M. Yarəhmədov öz yaradıcılığına şairin üç poemasını daxil etmişdir: "Olsun", "Eylər", "Düşübdür"Гаджиева С. Ш. Дагестанские терекеменцы. XIX — начало XX в.: Историко-этнографическое исследование. — Наука, 1990. — С. 191. — ISBN 5-02-016761-4..
Xalidin yaradıcılığının fərqli cəhəti xalqa bağlılığı idi. O, xalq haqqında və xalq üçün mahnı oxuyurdu. Onu mehribanlıqla "el şairi" – xalq şairi, aşıq adlandırırdılar. O, sazın köməyi ilə hər misraya uyğun melodiyanı uğurla seçərək dinləyicilərin qəlbinə ən qısa və əlçatan yol açmışdırХурдамиева С. Х. Дастаны и ашугская поэзия дагестанских азербайджанцев : диссертация. — Махачкала. 2000. С 111.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Dərbənd şairləri Kateqoriya:Dağıstan şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:XIX əsr şairləri