Köhnə Xudat qazmalar — Azərbaycan Respublikasının Qusar rayonunun Bala Qusar kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd XX-əsrin əvvəllərində yaradılmışdır.
Toponimikası Köhnə Xudat qazmalar oyk., mür. Qusar maili düzənliyindədir. Oykonim Köhnə Xudat (kənd adı) və qazmalar (müvəqqəti yaşayış evi) komponentlərindən ibarət olub, "Köhnə Xudat kəndinə məxsus qazmalar" mənasındadır. Kollektivləşmədən sonra qazmalar daimi yaşayış məntəqəsinə çevrilmişdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 589 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Qusar rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri