Pál Lázár () — macar futbolçusudur .
Karyera
Klub karyerası Lazar peşəkar futbolçu karyerasına 2005-ci ildə Sopron şəhərinin klubu olan FC Sopron- da başlayıb. Bir mövsüm ərzində cəmi 9 oyunda şans qazana bilən futbolçu mövsümün sonunda Rumıniyanın üçüncü səviyyəli futbol liqasında yer alan Liberty Salonta ilə müqavilə imzalayıb. Burada bir mövsüm qaldıqdan sonra Videoton ilə müqavilə imzaladı. 2007–08 mövsümünün əvvəlində buraya gələn Lazar klubdakı dörd mövsümü ərzində 71 oyuna çıxıb. Klubdakı ilk iki mövsümündə Liqakupa son mövsümündə, 2010–11-də Macarıstan çempionluğunu qazandı. 2011–12 mövsümünün əvvəlində Samsunspor ilə üç illik müqavilə imzaladı. O, bu komandada ilk oyununu 10 sentyabr 2011-ci ildə keçirib. "Samsunspor"da 10 oyun keçirən futbolçu 2012–13 mövsümünün əvvəlində klubla müqaviləsini qarşılıqlı olaraq ləğv edib. Daha sonra Peçsiyə keçərək ölkəsinə qayıtdı və mövsümü bu komandada keçirdiyi 8 matçla başa vurdu. 2013–14 mövsümünün əvvəlində Debreceniyə keçdi və ilk mövsümündə çempion oldu.
Milli komanda karyerası Müxtəlif səviyyələrdə milli olan Lazar ilk milli formasını Videotonda oynadığı zaman geyinmişdi. 6 iyun 2009-cu ildə U-21 oyununda Lüksemburqla oynayan Lazar bununla da ilk dəfə ölkəsini təmsil etmək şansı qazandı. Bu matçdan sonra daha 5 dəfə Macarıstanda U-21 səviyyəsində çıxış edən futbolçu 2010-cu il avqustun 11-də Bosniya və Herseqovina ilə son U-21 matçına çıxıb. Lázar 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində U-21 səviyyəli bütün matçlarda meydana çıxıb.
İndiyədək Macarıstan milli futbol komandasının heyətində çıxış edən Lazar 17 noyabr 2010-cu ildə xüsusi matçda debüt etdi. O, Litvaya qarşı oyuna start 11-də başlayıb və 73 dəqiqə oyunda qalıb. O, ilk rəsmi milli matçını 3 sentyabr 2010-cu ildə, 2012-ci il Futbol üzrə Avropa Çempionatının seçmə mərhələsində İsveçə qarşı oyununda etdi.
Nailiyyətlər
Klub Ligakupa (2): 2007–08, 2008–09 (Videoton ilə.)
Nemzeti Bajnokság I (2): 2010–11 (Videoton ilə.), 2013–14 (Debreceni ilə.)
Fərdi 2010–11 — Nemzeti Bajnokság I All Star (Videoton)
Mənbə
Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Legioner Macarıstan futbolçuları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Macarıstan milli futbol komandasının oyunçuları Kateqoriya:Macarıstan futbolçuları Kateqoriya:1988-ci ildə doğulanlar Kateqoriya:Macarıstanın kişi futbolçuları Kateqoriya:Rumıniyanın kişi futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları