Nihat Məmmədli () — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi; 2024-cü il Avropa və Dünya Çempionatlarının qalibi.
Karyerası Nihat Məmmədli 2017-ci ildə Yunanıstanın Afina şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının gümüş medalına sahib oldu. 2019-cu ildə Nihat Məmmədli iyunda Faentsa şəhərində (İtaliya) yeniyetmələr arasında Avropa Çempionatının, iyulda isə Sofiya şəhərində (Bolqarıstan) yeniyetmələr arasında Dünya Çempionatının qalibi oldu. Nihat Məmmədli həm də iyunda baş tutan Avropa Gənclər Olimpiya Festivalının da bürünc medalına sahib oldu.
2021-ci ildə Nihat Məmmədli Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatının və Ufa şəhərində (Rusiya) gənclər arasında Dünya Çempionatının bürünc medallarına sahib oldu. 2022-ci ildə isə Nihat Məmmədli Plovdiv şəhərində (Polşa) U23 Avropa Çempionatının qızıl, Roma şəhərində (İtaliya) U20 Avropa Çempionatının və Sofiya şəhərində (Bolqarıstan) U20 Dünya Çempionatının bürünc, Pontevedra şəhərində (İspaniya) U23 Dünya Çempionatının gümüş medallarına sahib oldu. Nihat Məmmədli həm də iyunda İtaliyanın Roma şəhərində baş tutan Matteo Pellicone beynəlxalq turnirinin də bürünc medalına sahib oldu.
2023-cü ildə Nihat Məmmədli Xorvatiyanın Zaqreb şəhərində baş tutan Zagreb Open beynəlxalq turnirinin gümüş medalına sahib oldu. Apreldə isə Nihat Məmmədli Avropa Çempionatlarında debüt etdi. Xorvatiyanın Zaqreb şəhərində baş tutan turnirin 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Edmond Nazaryana 4:8 hesabı ilə məğlub olan Nihat Məmmədli, təsəlliverici görüşdə Macarıstan nümayəndəsi Eri Torbaya 8:0, bürünc medal uğrunda görüşdə isə Ermənistan nümayəndəsi Gevorg Garibyana 10:5 hesabları ilə qalib gəldi və Avropa Çempionatını bürünc medalla başa vurdu. İyulda Budapeşt şəhərində Polya İmre beynəlxalq turnirinin bürünc medalına sahib olan Nihat Məmmədli sentyabrda Belqrad şəhərində debüt Dünya Çempionatını 11-ci pillədə başa vurdu.
Karyerasının ən uğurlu mövsümü 2024-cü ilə təsadüf edən Nihat Məmmədli əvvəlcə fevralda Buxarest şəhərində (Rumıniya) Avropa Çempionatının qalibi oldu. Zagreb Open və Avropa Olimpiya Təsnifat Turnirlərindən uğursuz çıxış etsə də, ilin əsas turnirində — Tirana şəhərində (Albaniya) baş tutan Dünya Çempionatında bütün rəqibləri üzərində qələbə qazanaraq dünya çempionu oldu.
Nəticələri SıraİlYarışEv sahibiNəticə12017Yeniyetmələrin Dünya Çempionatı Yunanıstan2.22019Yeniyetmələrin Avropa Çempionatı İtaliya1.3Avropa Gənclər Olimpiya Festivalı Azərbaycan3.4Yeniyetmələrin Dünya Çempionatı Bolqarıstan1.52021Gənclərin Avropa Çempionatı Almaniya3.6Gənclərin Dünya Çempionatı Rusiya3.72022U23 Avropa Çempionatı Polşa1.8Matteo Pellicone Turniri İtaliya3.9U20 Avropa Çempionatı İtaliya3.10U20 Dünya Çempionatı Bolqarıstan3.11U23 Dünya Çempionatı İspaniya2.122023Zagreb Open Xorvatiya2.13Avropa Çempionatı Xorvatiya3.14Polya İmre Turniri Macarıstan3.15Dünya Çempionatı Serbiya11.16Zagreb Open Xorvatiya15.17Avropa Çempionatı Rumıniya1.18Avropa Olimpiya Təsnifat Turniri Azərbaycan8.19Dünya Çempionatı Albaniya1.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Yunan-Roma güləşi üzrə dünya çempionları Kateqoriya:Yunan-Roma güləşi üzrə Avropa çempionları