Yasaboba — Azərbaycan Respublikasının Qusar rayonunun Quxuroba kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonim Yasab və oba sözlərindən ibarət olub, "Yasab kəndinin obası" mənasındadır.

Tarixi Kəndin ərazisi əvvəllər Yasab kəndinə məxsus qışlaq olmuş, kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qusar rayonunun Yasab kənd inzibati ərazi vahidi tərkibindəki Yasaboba kəndi Quxuroba kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir.

Sovet hakimiyyəti ilə mübarizə

1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Yasab-oba kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.

Coğrafiyası və iqlimi Kənd Samur–Dəvəçi ovalığında yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 513 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Sixillər

Kəndəki sixillər (klanlar, soylar):

Dandasar (DNA: E-V22) Fah'ruxar (DNA: E-M35) Filifar Ğeteğar İğirar Kabçayar K'ereyar K'ular K'azahar Rahmanar Seqülar Tsiyapar Yuğvar

DNA Dandasar sixili E-V22 (E-FTH10667) haploqrupuna malikdir, Fah'ruxar sixili isə E-M35 haploqrupuna malikdir.

Tanınmış sakinləri

Şayx Rahimxan Dandasakay – ləzgi imam, müridlizm tərəfdarı, bolşeviklərə qarşı vuruşub. Javid Gaziev – İtaliyada tibb elmləri doktoru, fəlsəfə doktorudur (D.M.Sc.), Aralıq dənizi Hematologiya İnstitutunun direktorudur. Beyində sümük iliyi transplantasiyası sahəsində aparıcı mütəxəssis.

Həmçinin bax

Yasab Qusar rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Həmçinin bax

Kateqoriya:Qusar rayonunun kəndləri