Tayler Parkford (; ) — ABŞ musiqiçisi. Los-Ancelesdə qurulmuş Mini Mansions qrupunun vokalisti və klaviatura ifaçısıdır. O, həmçinin launj pop dueti Mister Goodnite-ın üzvüdür. Parkford tez-tez Arctic Monkeys və The Last Shadow Puppets qrupunun konsertlərində çıxış edir.
Həyatı Tayler Parkford Kaliforniyanın Lonq-Biç şəhərində böyüyüb. Uşaq ikən klassik fortepiano təhsili alıb və sonra gitara çalmağı öyrənib. Santa Cruz, Kaliforniya Universitetində kino fakültəsinə daxil olub. Məhz orada təsil alarkən gələcək qrup yoldaşı olan Zak Daues ilə tanış olmuşdur. İkisi və Queens of the Stone Age qrupunun basçısı Maykl Şumen 2009-cu ildə Mini Mansions qrupunu yaratmışdır.
İstinadlar
Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:ABŞ müğənniləri