Aleksandr Aleksandroviç fon Bilderlinq (; ) – almanəsilli Rusiya generalı. Rus-yapon müharibəsində Üçüncü Mancuriya Ordusuna komandanlıq etmişdir. Baron titulu daşımışdır.

Həyatı və fəaliyyəti Aleksandr fon Bilderlinq 1846-cı ildə zadəgan ailəsində doğulmuşdur. Rusiya İmperator Ordusuna qatılmış, 1877–1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmişdir.

Rus-yapon müharibəsi Bilderlinq 1904-cü ilin mayında 17-ci Avropa Ordusu Korpusunun komandiri təyin olunmuş və 1904-cü ilin yayında Mancuriyaya gəlmişdir. 1905-ci ildə bir neçə böyük birliyin komandirliyi ona həvalə olunmuş və Mancuriya Ordusunun bir neçə döyüşündə vacib rol oynamışdır. O, general kimi Lyaoyan döyüşündə Şərq bölüyünə, Şahe döyüşündə Qərb bölüyünə komandirlik etmişdir.

Sandepu döyüşündən sonra general Aleksandr fon Kaulbarsı əvəz edərək Üçüncü Mancuriya Ordusunun komandiri olmuş və Mukden döyüşündə iştirak etmişdir. Məğlubiyyətdən sonra 1905-ci ilin mayında ordunun komandirliyindən azad edilmiş və həmin ilin sentyabrına qədər korpusuna komandirlik etməyə davam etmişdir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Rusiya imperiyası generalları Kateqoriya:Rusiya-Osmanlı müharibəsi (1877–1878) iştirakçıları Kateqoriya:Rus-yapon müharibəsi iştirakçıları Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri Kateqoriya:Rusiya imperiyasının tarixçiləri