Tüntül — Azərbaycan Respublikasının Qəbələ rayonunun Tüntül kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Oykonimin türk dillərindəki "ocaq, tüstü, ev" mənalı tüntü sözündən olması güman edilir.

Tarixi

Tarixi abidələri Kənddə İkinci Dünya müharibəsi iştirakçılarının şərəfinə qəhrəman əsgər heykəli ucaldılmışdır.

Coğrafiyası və iqlimi Kənd Dəmiraparançayın sahilində, Alazan–Əyriçay çökəkliyində, rayon mərkəzindən 10 km. aralıda yerləşir. Şimal tərəfdən Nohurqışlaq, cənub tərəfdən Yengicə kəndləri ilə əhatələnmişdir. Şərqindən Vəndamçay, qərbindən isə Dəmiraparançay axır.

Kənddə mülayim iqlim hakimdir.

Yaşı 300-ü keçmiş çinar ağacı ilə yanaşı adları Azərbaycanın "Qırmızı Kitabı"na düşmüş bir çox ağac və bitki növləri vardır.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2618 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Tanınmış şəxsləri Muxlis Əhməd oğlu Hacıyev — Elmlər doktoru, professor. Səxavət Baxışov (1979) — Vətən Müharibəsi Qəhrəmanı.

İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, taxılçılıq və heyvandarlıq təşkil edir.

Kənddə içməli su üçün iki artezian quyusu qazılıb.Şəlalə Məhyəddinqızı. Qəbələ Qafqazın incisi. Bakı: Oğuz Eli, 2009.

Mədəniyyəti Kənddə mədəniyyət evi və 256 nömrəlik elektron ATS mövcuddur.

Təhsil Kənddə 1 uşaq bağçası və Muşviq Murtuzov adına 240 şagird yerlik orta məktəb fəaliyyət göstərir.

Din Kənddə 1 məscid mövcuddur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qəbələ rayonunun kəndləri