Tural Qəlbinur — Uzman oftalmoloq-cərrah, vitreoretinal xəstəliklər və cərrahiyyəsi üzrə mütəxəssis, tibb elmləri doktoru Həyatı Tural Qəlbinur, 1982-ci il yanvar ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 13 yaşında Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin tələbəsi olmuş və həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində— SSK Vakıf Gureba Eğitim xəstəxanasının Göz xəstəlikləri klinikasında oftalmologiya ixtisası üzrə, 2006-2008-ci illərdə İsrailin Yerusəlim şəhərində— Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik fellowship, 2009-2010-cu illərdə Kanadanın Toronto şəhərində— Toronto Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik fellowship təhsili almışdır. 23 yaşında tibb elmləri namizədi və 34 yaşında Azərbaycanın tibb sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsini alan ilk oftalmoloq-həkimdir. Amerika Oftalmologiya Akademiyasının, Görmə və Oftalmologiya üzrə Araşdırmalar Assosiasiyasının, Amerika Retina Mütəxəssisləri Cəmiyyətinin, Avropa Retina Cəmiyyətinin, Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyətinin, İsrail Görmə və Göz araşdırmaları Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyəti-Gənc Oftalmoloqlar Bölümünün İdarə Heyətinin və Azərbaycan Tibb Assosiasiyası Jurnalının Redaksiya heyətinin üzvüdür. Tural Qəlbinur bir müddət Moskvada, S.Fedorov adına çoxsahəli tibb mərkəzində çalışıb. 2016-cı ildən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında işləyir.

Elmi fəaliyyəti 2004-cü ildə “Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə “Tor qişanın irsi distrofiyalarının profilaktika və müalicəsinə yeni yanaşmalar sistemi (eksperimental-klinik tədqiqat)” adlı doktorluq dissertasiyasını müdafiə edərək tibb elmlər doktoru adını almışdır. Elmi əsərləri Sequence variants in HTRA1 and LOC387715/ARMS2 and phenotype and response to photodynamic therapy in neovascular age-related macular degeneration in populations from IsraelMolecular Vision Israel. 2008, №14, s.2263-2271 . Prevalence of clinical asymptomatic retinal detachment in myopic populationBr J Ophthalmol USA and Canada. 2008, №92, s.1374-1376. Intravitreal bevacizumab therapy for neovascular age-related macular degeneration associated with poor initial visual acuityBr J Ophthalmol USA and Canada. 2009, №93, s.1351-1352. Effect of para-aminobenzoic acid on the course of retinal degeneration in the rd10 mouseJournal of Ocular Pharmacology and Therapeutics Canada. 2009, №6, s.475-482 . Scleral buckle extrusion associated with phthisisCase Rep Ophthalmol Med. Israel. 2011, №1, s.2 . Ранняя диагностика хориоидальной неоваскуляризации при возрастной макулярной дегенерацииОфтальмология Moskva. 2012, №2, s.24-28. Улучшение выживаемости фоторецепторов у мышей линии rd10 под влиянием парааминобензойной кислотымолекулярная медицина. Moskva. 2012, №5, s.62-64 . Эффективность анти-VEGF-препаратов у пациентов с неоваскулярной формой возрастной макулярной дегенерации и низкой остротой зренияАльманах клинической медицины. Moskva. 2012, №26, s.73-78 . Оценка риска развития хориоидальной неоваскуляризации при возрастной макулярной дегенерациимолекулярная медицина. Moskva. 2013, №2, s.57-61 . Factors associated with early detection of choroidal neovascularization in age-related macular degeneration in the clinic settingİsrael medical association journal Israil. 2012, №6, s.363-367 . Оценка влияния сахарного диабета на параметры роговицы, основанная на показателях Шеймпфлюг камерыOftalmologiya Jurnalı Bakı. 2015, №2, s.36-40 . The Adjunctive use of pre-operative intravitreal Bevacizumab in the setting of proliferative Diabetic retinopathySaudi Journal of Ophthalmology.2016, №30, s.217-220. Corneal measurements in patients with diabetes mellitusAzerbaijan Medical Association Journal. Bakı. 2016, №2, s.59-62. Late-onset lysosomal storage disorder with macular cherry-red spotRetinal Cases & Brief Reports Kanada. 2019, №15, s.602-604. İstinadlar

Xarici keçid Tural Qəlbinur - Torlu Qişa Xəstəlikləri (Bizim Həkim verilişi) Göz dibi xestelikleri Op Dr Tural Qelbinur Oftalmoloq cerrah

Kateqoriya:Oftalmoloqlar