Zübeydə Süpürgəçi (; ) — 100, 400 və 800 metr məsafələrə qaçışlarda çıxış edən Türkiyə paralimpiya atleti (T54 sinif — əlil arabasında). O, həmçinin T53/T54 sinfində 4×400 m estafet yarışlarında yarışır.
Erkən illər Zübeydə Süpergəçi 20 iyul 1993-cü ildə anadan olub. O, anadan olduğu gündən əlildir, 16 yaşına kimi çölə çıxmaq həvəsi belə olmayıb. Bağcılar Bələdiyyəsindəki Əlillər Sarayını ziyarət edərkən, yeni həyata başlamaq üçün motivasiya olur. Onun kiçik qardaşı Məhəmməd də anadangəlmə əlil idi.
İdman karyerası Süpürgəçi 2011-ci ildə Paralimpiya idmanlarında iştirak etməyə başlayıb. İdman karyerasına Ömər Kantainin rəhbərliyi altında başlamışdır. 2012-ci ildə İstanbulda Paralimpiya Klubuna qoşulub.
2012-ci ildə Olomoucda keçirilən Çexiya Açıq Yarışında 100 metr məsafəyə T54 sünfinda qızıl medal qazanıb. 2012-ci ildə Stadskanaalda keçirilən Atletika üzrə Avropa Çempionatında T54 sinfində 100 metr məsafəyə qaçışda bürünc mükafatçı olub.
Süpürgəçi 2013 İstanbul Marafonunun əlil arabası bölməsində yarışır və 2 saat 58 dəqiqə 30 saniyə ilə komanda yoldaşı Həmidə Kurtdan geri qalaraq ikinci olur.
O, 2014-cü ildə Suonsidə keçirilən Atletika üzrə Avropa Çempionatında 100 m T54 sinfində bürünc medal qazanır.
2016-cı ildə Grossetoda keçirilən Avropa Atletika Çempionatında əlil arabasında (T54) 100 m məsafəyə qızıl medal və 200 m məsafəyə qaçışda gümüş medal qazanmışdır.
2016-cı il Paralimpiya Oyunlarının seçmə mərhələsi olan Dubayda keçirilən 2016 IPC Athletics Grand Prix 8 yarışında T54 sinfində 200 metr məsafəyə qaçışda bürünc, 400 metr məsafəyə qaçışda isə qızıl medal qazanıb. 2016 Qran Prisində 4×400 m estafetdə gümüş mükafatçıdır.
Süpürgəçi 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Paralimpiya Oyunlarında iştirak edib.
Tarraqonada keçirilən 2018 Aralıq dənizi Oyunlarında 800 m T54 sinfində qızıl medal qazandı. 2018-ci ildə Berlində keçirilən Atletika üzrə Avropa Çempionatında 30,96 s nəticə ilə çempionluq rekordunu yeniləyərək 200 metr məsafəyə Avropa çempionu olub.
İstinadlar
Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Atletika üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2018 Aralıq dənizi Oyunlarında yüngül atletlər Kateqoriya:Atletika üzrə Aralıq dənizi Oyunlarının medalçıları Kateqoriya:2016 Yay Paralimpiya Oyunlarında yüngül atletlər