Fərhad Rza oğlu Salmanov (13 yanvar 1935, Tovuz – 9 sentyabr 2015) —Azərbaycan mühəndisi və dövlət xadimi, Azərbaycan SSR pambıqtəmizləmə sənayesi naziri (1980–1985).
Həyatı Fərhad Rza oğlu Salmanov 1935-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Daşkənd Toxuculuq İnstitutunu bitirmişdir.
1959–1960-cı illərdə Ləki pambıqtəmizləmə zavodunun növbə rəisi, Dəliməmmədli pambıq zavodunun böyük mühəndisi, 1961-ci ildən Azərbaycan SSR Pambıqtəmizləmə Sənayesi İdarəsində böyük mühəndis, istehsal-texniki şöbənin rəisi, baş mühəndis olmuşdur. 1980–1981-ci illərdə Azərbaycan SSR Baş Pambıqtəmizləmə Sənayesi İdarəsinin rəisi, 1981-ci ildən Azərbaycan SSR pambıqtəmizləmə sənayesi naziri vəzifəsində çalışmışdır.
Fərhad Salmanov 1964-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuşdur.
İqtisadi cinayətlərin hüquqi müstəvidə əks-sədası kimi, mərkəzi mətbuatda ("Trud" qəzeti) Azərbaycan SSR Pambıqtəmizləmə Sənayesi naziri Fərhad Salmanovun məhkəmə prosesi barədə "Qara pambıq" adlı hesabatın dərc edildiyi bildirilmişdir. Bu fakt kağız üzərində rəsmiləşdirilən, lakin real istehsalat konveyerində mövcud olmayan saxta pambıq dövriyyəsinin müəyyən qruplar üçün qanunsuz varlanma mənbəyinə çevrildiyini sübut etmişdir. Bəxtiyar Vahabzadə "Haram tikə və ya "Ağ qızıl"ın qara ləkəsi" adlı məqaləsində qeyd etmişdir ki, respublikanın Ümumittifaq sosializm yarışlarında qazandığı uğurlar və "bir milyon ton pambıq" barədə bəyanatların mühüm bir qismi statistik manipulyasiya və saxtakarlıq üzərində qurulmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri