Ruslan Xeyirov () — Rusiyanı və Azərbaycanı təmsil edən boksçu.
Karyerası Ruslan Xeyirov 2000-ci ildə Azərbaycanı Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil etdi. Ruslan Xeyirov 1/8 final mərhələsində Tunis nümayəndəsi Kamel Çatera 14:8 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Rusiya nümayəndəsi Oleq Saitova 10:10+ hesabı ilə məğlub oldu. Bununla da Ruslan Xeyirov Sidney Olimpiadasını beşinci pillədə başa vurdu.
Daha sonra Ruslan Xeyirov 2002-ci ildə Perm şəhərində (Rusiya) baş tutan Avropa Çempionatında mübarizə apardı. Ruslan Xeyirov turnirin 1/16 final mərhələsində Estoniya nümayəndəsi Sergey Melisa 14:8 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Bolqarıstan nümayəndəsi Spas Genova 10:14 hesabı ilə məğlub oldu və Avropa Çempionatını doqquzuncu pillədə başa vurdu.
Ruslan Xeyirovun növbəti turniri 2003-cü ildə Tailandda baş tutan Dünya Çempionatı oldu. Ruslan Xeyirov turnirin 1/16 final mərhələsində Gürcüstan nümayəndəsi Robert Pliyeva, 1/8 final mərhələsində Yeni Zelandiya nümayəndəsi Kahuhura Bentsona 22:6, 1/4 final mərhələsində isə Rusiya nümayəndəsi Andrey Mişina 18:11 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Finala gedən yolda Ruslan Xeyirov Özbəkistan nümayəndəsi Şerzod Husanova 6:30 hesabı ilə məğlub oldu və Dünya Çempionatının bürünc medalına sahib oldu.
Bir il sonra isə Ruslan Xeyirov Pula şəhərində (Xorvatiya) baş tutan Avropa Çempionatında mübarizə apardı. Ruslan Xeyirov turnirin 1/16 final mərhələsində Polşa nümayəndəsi Miroslav Novosada 22:12, 1/8 final mərhələsində İsrail nümayəndəsi Məhəmməd Sabah Tahaya 5:0, 1/4 final mərhələsində isə İtaliya nümayəndəsi Filip Lo Qresoya üçüncü raundda vaxtından əvvəl qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə Ruslan Xeyirov Rusiya nümayəndəsi Oleq Saitova 16:20 hesabı ilə məğlub oldu və Avropa Çempionatının bürünc medalına sahib oldu.
Ruslan Xeyirov 2004-cü ildə həm də Azərbaycanı Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. Ruslan Xeyirov 1/16 final mərhələsində Kanada nümayəndəsi Adam Trupişa, 1/8 final mərhələsində isə Çin nümayəndəsi Kanat İslama 26:16 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Kuba nümayəndəsi Lorenzo Araqona 14:16 hesabı ilə məğlub oldu. Bununla da Ruslan Xeyirov medalın bir addımlığında mübarizəsini dayandırdı və Afina Olimpiadasını beşinci pillədə başa vurdu.
Daha sonra Ruslan Xeyirov 2005-ci ilin noyabrında Myanyan şəhərində (Çin) baş tutan Dünya Çempionatında mübarizə apardı. Ruslan Xeyirov turnirin 1/32 final mərhələsindəcə Türkiyə nümayəndəsi Bülent Ulusoya 14:18 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini başa vurdu.
2007-ci ildə isə Ruslan Xeyirov Birləşmiş Ştatlarda baş tutan Dünya Çempionatını doqqunzuncu pillədə başa vurdu.
Nəticələri SıraİlYarışEv sahibiNəticə12000Olimpiya Oyunları Avstraliya5.22002Avropa Çempionatı RusiyaPAT32003Dünya Çempionatı Tailand3.42004Avropa Çempionatı Xorvatiya3.5Olimpiya Oyunları Yunanıstan5.62005Dünya Çempionatı ÇinPAT72007Dünya Çempionatı ABŞPAT
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi boksçuları Kateqoriya:Azərbaycanın olimpiya boksçuları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında boksçular Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Boks üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları