Rövşən Rüstəmov () — "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri.

Həyatı Rüstəmov Rövşən Mürvət oğlu 1980-ci il oktyabrın 6-da İmişli rayonunun Cəfərli kəndində anadan olub.

1997–2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq, dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirib, bakalavr dərəcəsinə yiyələnib.

2001–2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək, magistr dərəcəsi alıb.

2007-ci ildə dissertasiya işi müdafiə edərək iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2004–2012-ci illərdə Azərpoçt MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri vəzifəsində çalışıb.

2012–2014-cü illərdə Azərkosmos ASC-də Korporativ idarəetmə üzrə müşavir vəzifəsində işləyib.

2014-cü ildə təhsilini Biznesin Davamlılığı İnstitutunda (:en:Business Continuity Institute) davam etdirərək, "Biznesin davamlılığının planlaşdırılması proqramı"nı bitirib. 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli sərəncamı ilə Azərkosmos ASC-nin sədr müavini təyin edilib.

Ölkə Prezidentinin 2021-ci il 14 iyun tarixli sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 oktyabr sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Mükafatları 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

2024-cü ildə Rövşən Rüstəmov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib.

İstinadlar

Xarici keçidlər Facebook səhifəsi LinkedIn profili Twitter profili Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti

Kateqoriya:Azərbaycan Dəmir Yollarının rəhbərləri