Ryu Min Sok (; ) və ya daha çox tanınan adı ilə Keria () – "T1" komandası üçün çıxış edən cənubi koreyalı peşəkar League of Legends oyunçusu. Bir çoxları tərəfindən dünyanın ən yaxşı dəstək oyunçusu hesab olunur. Aqressiv stilinə və tipik olmayan çempionları dəstək rolunda oynamasına görə tanınır.
Həyatı Ryu Min Sok 14 oktyabr 2002-ci ildə Cənubi Koreyada doğulmuşdur.
Karyerası Keria karyerasına 2018-ci ildə "DRX" komandasında başlamışdır. 2020 mövsümünün yay splitində LCK finalına çıxa bilmiş, lakin məğlub olmuşdur. Dünya çempionatında isə komandası ilə 1/4 finala çıxa bilmişdir. LCK-dəki uğurlu çıxışından sonra 2020-ci ildə "T1" komandasına transfer olmuşdur.
2022-ci ilin yaz splitində LCK çempionu olmuş və ən dəyərli oyunçu seçilmişdir. Beləliklə, LCK-də ən dəyərli oyunçu mükafatını qazanan ilk dəstək oyunçusu olmuşdur. Keria 462 asistə imza ataraq bir splitdə ən çox asist edən LCK oyunçusu rekordunu ələ keçirmişdir. 2022-ci ildə keçirilən Dünya çempionatında finala çıxmış, lakin keçmiş komandası olan "DRX"-ə 2–3 hesabı ilə uduzaraq dünya çempionu ola bilməmişdir. O, 2023 mövsümünün yay splitində ikinci dəfə ən dəyərli oyunçusu mükafatını qazanmaqla yanaşı splitin oyunçusu seçilmişdir.
Keria LCK-də Kalista, Varus və Keytlin dəstək oynayan ilk oyunçudur.
Milli karyerası Keria 2022 Asiya Oyunlarında baş tutmuş kiberidman oyunlarında Cənubi Koreya milli kiberidman komandasının "League of Legends" heyətinə seçilmişdir. Milli komandası finalda Çin Taypeyinə gələrək qızıl medalın sahibi olmuşdur. Keria qızıl medal qazandığı üçün hərbi xidmətdən azad edilmişdir.
Uğurları LCK LCK çempionu: 1 dəfə (yaz 2022) Ən Dəyərli Oyunçu: 2 dəfə (yaz 2022, yaz 2023) 1-ci All-Pro komanda: 5 dəfə (yaz 2020, yaz 2021, yay 2021, yay 2022, yaz 2023) 2-ci All-Pro komanda: 2 dəfə (yay 2020, yay 2022)
İstinadlar
Xarici keçidlər Instagram hesabı
Kateqoriya:Cənubi Koreya kiberidmançıları Kateqoriya:T1 (kiberidman) futbolçuları Kateqoriya:League of Legends dəstək futbolçuları Kateqoriya:2022 Asiya Oyunları medalçıları