Seyid Yusifli (əvvəlki adı: Canavarlı) — Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Bərdə Azərbaycanın cənub-qərb bölgəsində, paytaxt Bakıdan 340 km. məsafədə yerləşir.
Seyid Yusif bu kənddə yaşayıb və xeyirxah bir insan olub. Ona görə də kənd sakinləri kəndə Seyid Yusifin adının verilməsini istəyiblər.
Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Azərbaycan Respublikasının Bərdə rayonunun Mehdixanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Canavarlı kəndi Seyid Yusifli kəndi adlandırılmışdır.
Kəndin adı 25 aprel 2008-ci ilə qədər Canavarlı adlanıb.Azərbaycan Respublikası Bərdə rayonunun Canavarlı kəndinin adının dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Qarabağ düzündədir. Kəndin ərazisi keçmişdə meşəlik olmuşdur. Güman edildiyinə görə, ərazidə çoxlu canavar olduğundan kənd bu adı almışdır. Zootoponimdir.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 166.
Foto məlumatlar 2012 Seyid Yusifli kəndi 2012
İstinadlar
Kateqoriya:Bərdə rayonunun kəndləri