Zümürxan (əvvəlki adı: Zümürxaç) — Azərbaycan Respublikasının Bərdə rayonunun Zümürxan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Zümürxaç kəndi Yeni Daşkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Zümürxaç kənd Soveti yaradılmışdır. 22 may 2007-ci il tarixli 344-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Bərdə rayonunun Zümürxaç kənd inzibati ərazi dairəsi tərkibindəki Zümürxaç kəndi Zümürxan kəndi, Zümürxaç kənd inzibati ərazi dairəsi Zümürxan kənd inzibati ərazi dairəsi adlandırılmışdır.
Əhalisi Əhalisi 1307 nəfərdir.
Tanınmış şəxsləri Vəzirov Aslan Fərhad oğlu — Sovet İttifaqı Qəhrəmanı (29.06.1945) Cümşüd bəy Vəzirov Yusif bəy oğlu — müəllim, məmur. Cəmil bəy Vəzirov (1886–1943) — mühəndis, jurnalist, dövlət xadimi
İstinadlar
Həmçinin bax
Kateqoriya:Bərdə rayonunun kəndləri