Bəni-Nadir və ya Bəni-Nəzir (, ) — Ərəbistanın şimalında, VII əsrə qədər Mədinə vahəsində yaşamış yəhudi ərəb qəbiləsi.
Haqqında Onlar Uhudda qureyş qəbiləsi ilə döyüşdə məğlub olduqdan sonra islam peyğəmbəri Məhəmməd tərəfindən yaşadıqları ərazidən qovulmuşdular. Qəbilə daha sonra qureyşilər ilə birlikdə Xəndək döyüşünü planlaşdırmışdı.V. Vacca, Encyclopedia of Islam, Banu Nadir Onlar daha sonra Xeybər döyüşündə iştirak etmişdilər.
Ərəb tarixçisi Səmaninin yazdığına görə, Bəni-Nadir qəbiləsinin üzvləri Yəhudiyyədən Ərəbistana köçmüş yəhudi Nadirin nəslindəndir.Abdulkarim al-Sam'ani. Al-Ansab.Jinan Publish house. Beirut. 1988. v4 p475 & v5 p503 Ehtimal olunur ki, Nadir adı ivrit dilində Ha-Nazir adından götürülmüşdür. Ərəb tarixçisi İbn Həzmə görə, onlar bibliyadakı Harunun birbaşa nəsilləridir.Ibn Hazm. Jawame Al-Syira Al-Nabawyia. Dar Al-Kotob Al-ilmiyah. Beirut. 2009. p26
İstinadlar
Kateqoriya:Bəni Nadir Kateqoriya:Ərəbistanın yəhudi qəbilələri Kateqoriya:İslam tarixi Kateqoriya:Ərəb etnik qrupları Kateqoriya:Yəhudi tarixi