İslam Duquçiyev (15 aprel 1966) — 1992–1995-ci illərdə Rusiyanı, 2000-ci ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi, 4 dəfə Dünya və 2 dəfə Avropa Çempionatlarının qalibi.

Karyerası İslam Duquçiyev 1984-cü ildə Polşada gənclər arasında Avropa Çempionatının qalibi oldu. 1990-cı ildə isə İslam Duquçiyev Polşanın Poznan şəhərində Avropa Çempionatının, İtaliyanın Roma şəhərində isə Dünya Çempionatının qızıl medallarına sahib oldu.

İslam Duquçiyev uğuruna 1991-ci ildə də davam etdi. Bolqarıstanın Varna şəhərində Dünya Çempionatının qalibi olan İslam Duquçiyev 1992-ci ildə Birləşmiş Komanda ilə birgə İspaniyanın Barselona şəhərində baş tutan olimpiada da mübarizə apardı. Finala gedən yolda bütün rəqibləri üzərində qələbələr qazanan İslam Duquçiyev həlledici görüşdə Macarıstan nümayəndəsi Atilla Repaya məğlub oldu və olimpiadanı gümüş medalla başa vurdu.

1993-cü ildə İslam Duquçiyev Almaniya Qran-Prisinin, həmçinin Dünya və Avropa Çempionatlarının qızıl medallarına sahib oldu. 1994-cü ildə Afina şəhərində (Yunanıstan) Avropa Çempionatının bürünc medalına sahib olan İslam Duquçiyev həmin il İsveçdə Dünya Çempionatının qalibi oldu və ardıcıl üçüncü dəfə Dünya çempionu adını qazandı.

1995-ci ildə İslam Duquçiyevin nəticələri zəifləməyə başladı. Avropa Çempionatında çıxış eləməyən İslam Duquçiyev Çexiyada baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu. Bundan sonra İslam Duquçiyev uzun müddət Rusiya yığmasının heyətində Dünya və Avropa Çempionatlarında mübarizə aparmadı. 2000-ci ildə İslam Duquçiyev Azərbaycan bayrağı altında olimpiada da mübarizə aparmaq üçün Dünya Olimpiya Təsnifat Turnirlərində çıxış etdi. Nəticədə İslam Duquçiyev olimpiya lisenziyasına sahib oldu.

İslam Duquçiyev Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil etdi. İslam Duquçiyev qrup mərhələsinin birinci görüşündə İran nümayəndəsi Pərviz Zeydvənd ilə üz-üzə gəldi. Həmin görüşdə İslam Duquçiyev rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə isə onun rəqibi Finlandiya nümayəndəsi Yuna Lappalaynen oldu. Həm Duquçiyev, həm də Lappalaynen birinci görüşlərində qələbə qazanmışdı və bu görüşdə qalib gələn güləşçi növbəti mərhələyə vəsiqə qazanacaqdı. Gəgrin idman mübarizəsi şəraitində baş tutan görüşdə İslam Duquçiyev rəqibi üzərində minimal hesablı (1:0) qələbə qazandı və qrup mərhələsini birinci pillədə başa vuraraq növbəti mərhələyə vəsiqə qazandı. Olimpiadanın 1/4 final mərhələsində onun rəqibi Estoniya nümayəndəsi Valeri Nihitin oldu. Həmin görüşdə İslam Duquçiyev rəqibinə 1:4 hesabı ilə məğlub oldu və olimpiadanı altıncı pillədə başa vurdu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə SSRİ11984Gənclərin Avropa Çempionatı Polşa1.21990Avropa Çempionatı Polşa1.31990Dünya Çempionatı İtaliya1.41991Dünya Çempionatı Bolqarıstan1. Rusiya51992Olimpiya Oyunları İspaniya2.61993Avropa Çempionatı Türkiyə1.7Almaniya Qran-Prisi Almaniya1.8Dünya Çempionatı İsveç1.91994Avropa Çempionatı Yunanıstan3.10Dünya Çempionatı Finlandiya1.111995Dünya Çempionatı Çexiya10. Azərbaycan122000Dünya Olimpiya Təsnifat Turniri Özbəkistan1.13Dünya Olimpiya Təsnifat Turniri ABŞ12.14Olimpiya Oyunları Avstraliya6.

İstinadlar

Kateqoriya:Rusiyanın yunan-roma güləşçiləri Kateqoriya:Rusiyanın olimpiya güləşçiləri Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Azərbaycanın olimpiya güləşçiləri Kateqoriya:1992 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında güləşçilər Kateqoriya:1992 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Rusiyadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:Olimpiya gümüş medalına sahib Rusiya idmançıları Kateqoriya:Yunan-Roma güləşi üzrə SSRİ çempionları Kateqoriya:Olimpiya medallı güləşçilər Kateqoriya:Rusiya əməkdar məşqçiləri Kateqoriya:Yunan-Roma güləşi üzrə dünya çempionları Kateqoriya:Yunan-Roma güləşi üzrə Avropa çempionları