Vitali Aleksandroviç Pronin () — Azərbaycan münzəvisi, Kürdili adasının son sakini. O, yerli mediada "Neftçalanın Robinzon Kruzosu" ləqəbi almışdır.
Həyatı 1952-ci ilin 1 yanvar tarixində Neftçala rayonunda anadan olmuşdur. Atası Vladimir fəhlə, anası Antonina klub müdiri olub. Orta məktəbi də Kürdili kəndində bitirib, əsgərliyə gedib, qayıdıb traktorçu işləməyə başlayıb. İki qardaşı, iki bacısı var idi. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Xəzər dənizində suyun səviyyəsi yüksəlib kəndin rayon ilə əlaqəsi kəsilməyə başlayanda ailələr kənddən köçüb, lakin Vitalinin ailəsi və daha bir neçə ailə kənddə qalıb. Daha sonra adanın yeganə sakininə çevrilib. 7 yanvar 2020-ci il tarixində axşam saatlarında özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.
İrsi Haqqında "Adam" və "Sonuncu" filmləri çəkilmişdir.
Həmçinin bax
Kür dili adası
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Münzəvilər Kateqoriya:Azərbaycan rusları Kateqoriya:Kür dili