Xose Manuel Peres de Veqa (; ) — İspaniya bobsleyçisi. 1968 Qış Olimpiya Oyunlarında iştirakçı, 1970 Avropa Çempionatının gümüş mükafatçısı olmuşdur.

Həyatı Xose Manuel Peres 10 may 1947-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur.

1968-ci ildə Qrenoblda keçirilən Qış Olimpiya Oyunlarında İspaniya milli komandasına daxil edilmişdir. İki nəfərlik yarışda Xose Mariya Palomo ilə birlikdə dörd yarışın yekununda 4 dəqiqə 51,16 saniyə nəticə göstərmiş, qızıl medal qazanan İtaliya təmsilçiləri Eucenio Monti və Luçano de Paolisə 10,62 saniyə fərq ilə uduzaraq 12-ci yeri tutmuşlar. Gilyermo Rosal, Nestor Alonso və Antonio Martinin də daxil olduğu ispaniyalı ekipaj dördlük yarışında iki qaçış üzrə 2:24,32 hesabı ilə qalib İtaliya komandasından 6,93 saniyə geri qalaraq sonuncu, yəni 19-cu olmuşdur.

İstinadlar

Kateqoriya:İspaniya bobsleyçiləri Kateqoriya:1968 Qış Olimpiya Oyunları