Hapıtlı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Hapıtlı kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdaş rayonunun Orta Ləki kənd inzibati-ərazi vahidindəki Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati-ərazi vahidinin tərkibinə verilmişdir. 9 oktyabr 2007-ci il tarixli 425-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Ağdaş rayonunun Hapıtlı kəndi Aşağı Ləki kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Hapıtlı kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Yaşayış məntəqəsi XIX əsrdə Quba rayonunun Hapıt kəndindən çıxmış ailələr tərəfindən salınmışdır. Mənbələrin verdiyi məlumata görə, XIX əsrin ortalarında Goyçay qəzasında 736 haputlu ailəsinin məskunlaşdığı Haputlu I Məlikli, Haputlu Gideyli, Haputlu Nətəs Qacar, Haputlu Hacıhətəmli, Haputlu Mollaqasımlı kəndləri var idi.
Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 23 km cənubda, Şirvan düzündə yerləşir.
Əhalisi
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağdaş rayonunun kəndləri